Eyni dairədən rəqib olan Tural Abbaslı ilə Məlahət İbrahimqızıdan qalmaqallı AÇIQLAMA 

Hazırda oxunan: Eyni dairədən rəqib olan Tural Abbaslı ilə Məlahət İbrahimqızıdan qalmaqallı AÇIQLAMA 

Tural Abbaslı ilə Məlahət İbrahimqızının növbədənkənar seçkilərdə rəqabəti haqqında AÇIQLAMA. Abbaslı və İbrahimqızı arasında keçən birinci seçkilərdə törədilən hadisələrə dair məlumatlar.

202657

Xəbər verdiyimiz kimi, YAP 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən Məlahət İbrahimqızının namizədliyini irəli sürüb. Sözügedən dairədən Ağ Partiyanın rəhbəri Tural Abbaslı da öz namizədliyini irəli sürüb. 

Qeyd edək ki, Tural Abbaslı 2020-ci ildə də VI çağırış Azərbaycan Milli Məclisinə seçkilər zamanı 21 saylı Nəsimi Birinci seçki dairəsindən namizəd olub və rəqibi Məlahət İbrahimqızına uduzub.
 

MÖVZU İLƏ BAĞLI:

Məlahət İbrahimqızı ilə Tural Abbaslı bu dəfə də eyni dairədən NAMİZƏD oldu


Maraqlıdır, Tural Abbaslı builki seçkilərdə qalib gələcəyini düşünürmü?

Ağ Partiyanın rəhbəri Tural Abbaslı Bizim.Media-ya açıqlamasında seçiləcəyi ilə bağlı iddialı danışıb: 

“Bu yarışda sizcə kim udar? Məlahət İbrahimqızına heç öz məhləsindən də səs verməzlər. Onu kim tanıyır? Şəxsi keyfiyyətlərini demirəm, amma fakt budur ki, seçicilər Məlahət İbrahimqızını tanımır. Mən səs toplayacağam, amma qalib kim gələcək, onu deyə bilmərəm”.

Məlahət İbrahimqızı isə saytımıza açıqlamasında rəqibinin onun haqqında səsləndirdiyi fikirləri təmkinlə qarşılayıb:

“Hələ seçki üçün təbliğat-təşviqat kampaniyası başlamayıb. Deyib deyib də, biz rəqibik, nə istəyir desin. Azərbaycanın söz azadlığı var, demokratik dəyərlər günü-gündən daha çox bərqərar olur. Ona görə də ürəyi nə istəyir desin.

Təbliğat kampaniyasında da hərə öz işi ilə məşğul olacaq, onda da nə istəyər deyər. Mən hələ qeydiyyatdan keçməmişəm. Keçdikdən sonra Tural Abbaslını özümə rəqib görürəm və ya görmürəm, bu barədə danışa bilərəm. O da Azərbaycan vətəndaşıdır, ixtiyarı yoxdur ki, gedib namizədliyini irəli sürsün? İndidən 125 dairədən namizəd olan şəxslərə uğurlu seçki kampaniyası arzulayıram”, – deyə Məlahət İbrahimqızı bildirib.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin