Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyəti 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə namizədlərinin siyahısını açıqlayıb. 
Qeyd edək ki, YAP 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən Məlahət İbrahimqızının namizədliyini irəli sürüb. 
Bizim.Media xəbər verir ki, sözügedən dairədən Ağ Partiyanın rəhbəri Tural Abbaslı da öz namizədliyini irəli sürüb. 
 
MÖVZU İLƏ BAĞLI:
YAP-ın namizədlərindən kimlərin qazanmaq şansı daha çoxdur? – TƏHLİL
Onu da qeyd edək ki, Tural Abbaslı 2020-ci ildə də  VI çağırış Azərbaycan Milli Məclisinə seçkilər zamanı 21 saylı Nəsimi Birinci seçki dairəsindən namizəd olub və rəqibi Məlahət İbrahimqızına uduzub.
Xatırladaq ki, Məlahət İbrahimqızı II, III, IV, V və VI çağırış deputatı olub. 
Görünən odur ki, sözügedən dairədən təkrar namizədliklərini irəli sürən hər iki siyasətçinin seçki marafonundakı rəqabəti maraqlı olacaq. 
Nuranə Daxilqızı, Bizim.Media
























































































