“ABŞ Azərbaycan və Ermənistanın sülh sazişi məsələsindəki nailiyyətlərini davam etdirməsi üçün əlindən gələni əsirgəməyəcək”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller brifinqdə deyib.
Onun sözlərinə görə, Vaşinqton tərəfləri sülh razılaşması əldə etməyə təşviq etməkdə davam edir.
“Onu deyə bilərəm ki, tərəflər sülh sazişinin əldə olunması istiqamətində uzun yol qət edib. Biz isə bundan sonra da bu müzakirələrin davamını təşviq edəcəyik. Hər iki dövlətin imzalayacağı sülh müqaviləsi həm onların özünə, həm də regionda təhlükəsizliyə fayda verə bilər. Biz hesab edirik ki, sülh razılaşmasının imzalanması üçün tərəflər çətin seçim etməli, əsaslı kompromislərə gedilməlidir. Buna görə də biz onlar arasındakı fikir ayrılıqlarının aradan qaldırılması və sülh razılaşmasının əldə olunması istiqamətində çalışacağıq. Vaşinqton görüşündə biz irəliləyiş əldə etsək də, mən təfərrüatları açıqlamaq istəmirəm. Lakin hələlik sülh müqaviləsi imzalanmayıb və biz buna nail olanadək həmin istiqamətdə çalışmağa davam edəcəyik”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:06 / 16.07.2024
ABŞ Dövlət Departamentindən Azərbaycan və Ermənistanın Vaşinqton görüşü ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: ABŞ Dövlət Departamentindən Azərbaycan və Ermənistanın Vaşinqton görüşü ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: ABŞ Dövlət Departamentindən Azərbaycan və Ermənistanın Vaşinqton görüşü ilə bağlı AÇIQLAMA
ABŞ Dövlət Departamentindən Azərbaycan və Ermənistanın Vaşinqton görüşü ilə bağlı AÇIQLAMA: ABŞ sülh sazişi əldə etməyə çalışır və tərəfləri sülh müqaviləsi imzalamaya təşviq edir. Metyu Miller tərəfindən verilən açıqlamaya görə, Vaşinqton tərəflərin uzun yol qət etdiyini və sülh müqaviləsinin əldə olunması istiqamətində müzakirələrin davam etməsini təşviq edəcəyini deyib.
202221
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.