Lavrov Bakıdan əvvəl İrəvana niyə uçur? - Qarabağdakı 10 min erməni əsgəri, 62 diversant və...

Hazırda oxunan: Lavrov Bakıdan əvvəl İrəvana niyə uçur? - Qarabağdakı 10 min erməni əsgəri, 62 diversant və...

20160

“Mənim zənnimcə, gündəmdə duran əsas məsələlərdən biri, bəlkə də birincisi kommunikasiya vasitələrinin açılmasıdır. Bunların içərisində də Mehri dəhlizi deyilən, Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmiryol və şosenin açılaması var. Çünki son zamanlar Ermənistanda başları seçkiqabağı təbliğata qarışan siyasilər və prosesin əleyhinə olan radikal müxalifətçilər müvafiq yolların çəkilməsinə qarşı müxtəlif xarakterli təbliğatlar aparırlar.

Rusiya bu məsələdə maraqlıdır. Kreml kommunikasiyaların həllini istəyir. Amma Zəngəzur dəhlizinin açılması hamıdan çox İrəvanın özünə lazımdır. Çünki bu koridorla Ermənistan blokadadan nisbətən çıxır və digər kommunikasiya xətlərinin açılışına zəmin yaranır”.

Bu sözləri Bizim.Media-ya açıqlayan politoloq Qabil Hüseynli həmçinin bildirdi ki, Lavrovun Ermənistan səfərində 62 diversantın azad olunması ilə əlaqədar danışıqlar da aparılacaq.

Azərbaycanın tələbləri Moskvaya bəllidir və yəqin onunla bağlı erməni rəhbərliyi ilə müzakirələr gedəcək:

“Azərbaycan Lavrovun səfəri ərəfəsində artıq xeyirxah və humanist addım ataraq həbs olunanlardan üçünü azad edib. Bu o deməkdir ki, digərləri də azad oluna bilər. Amma Azərbaycanın 10 noyabr Moskva bəyanatında əldə etdiyi və tərəflərin hamısının razılaşdığı bir məsələ var. O da erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasıdır. Son günlər erməni zirehli texnikalarının, silah-sursatlarının bir qismi Qarabağ ərazisindən çıxarıldı. Lakin Qarabağ ərazisində yerləşən 10 mindən çox (11 min) erməni silahlı qüvvələrinə məxsus əsgərlərin çıxarılmasını görməmişik. Bu, Azərbaycanın rəsmi strukturları tərəfindən də təsdiqlənməyib.

Ola bilsin ki, Azərbaycan həmin erməni silahlılarının ərazimizdən çıxarılması naminə yerdə qalan diversantları da azad etməyə hazırdır. Bu bir siyasi bazarlıq mövzusudur və ediləcəkdir. Lavrov həmçinin Ramazan ayı bitdikdən sonra Türkiyə Prezidenti Ərdoğanın Şuşaya səfəri və orada bəzi açılış mərasimlərində iştirakını da müzakirə edə bilər. Çünki ermənilər kimi ruslar da Türkiyə liderinin Azərbaycana səyahətindən bərk həyəcanlanırlar.

Yəqin ki, bu məsələlər də müzakirə ediləcək”, - deyə Qabil Hüseynli Sergey Lavrovun səfərinə münasibət bildirdi.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin