“Azərbaycanla Ermənistan arasında düşmənçilik yetər!” - Alen Simonyan

Hazırda oxunan: “Azərbaycanla Ermənistan arasında düşmənçilik yetər!” - Alen Simonyan

201546

Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycanla sülhün bərqərar olacağına ümid etdiyini bildirib.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, parlamentin növbədənkənar iclasında çıxış edən spiker qeyd edib ki, Alma-Ata Bəyannaməsinin prinsiplərinə riayət etməklə sərhədlərin delimitasiyası prosesi başa çatdırılmalı və bununla da iki dağıdıcı müharibəyə səbəb olan uzun illərin düşmənçiliyinə son qoyulmalıdır.

Xatırladaq ki, dünən Vaşinqtonda ABŞ dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilib. Danışıqlardan sonra tərəflər sülh müqaviləsinin imzalanmasında irəliləyişin olduğunu bəyan ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin