Azərbaycanın səfiri etimadnaməsini Tunis Prezidentinə təqdim etdi - FOTO

Hazırda oxunan: Azərbaycanın səfiri etimadnaməsini Tunis Prezidentinə təqdim etdi - FOTO

201522

Tunis Respublikasının Prezidenti Kays Sayid Azərbaycan səfirinin etimadnaməsini qəbul edib.

Bizim.Media xəbər verir ki, Tunis Respublikasının Prezidenti Kays Sayid Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında, eyni zamanda, Tunis Respublikasındakı səfiri Tural Rzayevin etimadnaməsini qəbul edib.

Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Tunis Prezidentinə çatdıran səfir iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Diplomat Azərbaycan tərəfinin Tunis Prezidentinin noyabr ayında Bakıda keçiriləcək COP-29 iqlim konfransında iştirakını səbirsizliklə gözlədiyini vurğulayıb.

Prezident Kays Sayid səmimi salamlarına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib, onun da salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırmağı xahiş edib. O, COP29-da iştirak etmək üçün dəvəti məmnuniyyətlə qəbul etdiyini vurğulayıb, bu mötəbər tədbirin keçirilməsində Azərbaycana uğurlar arzu edib.

Tunis Prezidenti Azərbaycan səfiri ilə söhbətində ölkələrimiz arasında siyasi, iqtisadi, humanıtar əlaqələrin inkişafında maraqlı olduqlarını vurğulayıb. O, diplomatımıza yeni vəzifəsində uğurlar diləyib.

Daha sonra səfir T.Rzayev onun şərəfinə düzülən fəxri qarovul dəstəsinin önündən keçib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin