ABŞ dövlət katibi Entoni Blinken bu gün Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, görüşdə dövlət katibi dayanıqlı və layiqli sülh sazişi istiqamətində əldə olunmuş irəliləyiş barədə müzakirə aparıb və tərəfləri mümkün qədər tez bir zamanda razılaşdırmanı yekunlaşdırmaq üçün gələcək addımları atmağa həvəsləndirib.
“Dövlət katibi bütün Cənubi Qafqaz regionunun fayda əldə edəcəyi regional bağlantının inkişafında sülhün əldə olunmasının vacibliyini qeyd edib”,- deyə açıqlamada bildirilir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:35 / 10.07.2024
Dövlət Departamenti: Blinken Cənubi Qafqazda sülhün əldə olunmasının vacibliyini qeyd edib
Hazırda oxunan: Dövlət Departamenti: Blinken Cənubi Qafqazda sülhün əldə olunmasının vacibliyini qeyd edib
Hazırda oxunan: Dövlət Departamenti: Blinken Cənubi Qafqazda sülhün əldə olunmasının vacibliyini qeyd edib
Dövlət Departamenti: Blinken, Cənubi Qafqazda sülhün əldə olunmasının vacibliyini qeyd edib. ABŞ Dövlət Katibi Entoni Blinken Vaşinqtondakı NATO sammitində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb.
201478
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.