Blinken: “Azərbaycan və Ermənistan sülh razılaşmasını əldə etməyə yaxındır” - VİDEO

Hazırda oxunan: Blinken: “Azərbaycan və Ermənistan sülh razılaşmasını əldə etməyə yaxındır” - VİDEO

Blinken: “Azərbaycan və Ermənistan sülh razılaşmasını əldə etməyə yaxındır”. ABŞ Dövlət Katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşdə sülh prosesinin irəliləyib dayanıqlı bir sülh razılaşmasına yaxınlaşıldığını vurğulayıb.

201437

“Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə bir yerdə olmaqdan çox məmnunam”.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüşdə deyib. 

O bildirib ki, Azərbaycan və Ermənistan danışıqlar, o cümlədən dayanıqlı, layiqli və hər iki ölkə, region və ABŞ-la əlaqələr üçün böyük imkanlar yaradan sülh danışıqları istiqamətində vacib işlər görüblər.
“ABŞ Avropa İttifaqı və digər həmkarları ilə birlikdə bu prosesə dəstək verib. Bugünkü görüş əldə olunmuş irəliləyişləri nəzərdən keçirmək üçün bir fürsətdir.

Bütün təmaslar, o cümlədən son həftələrdə aparılan müzakirələrə əsasən düşünürəm ki, tərəflər ABŞ-ın da güclü şəkildə dəstəklədiyi sülh razılaşmasını əldə etməyə yaxındır. Bu gün ABŞ-ın razılaşmanın əldə olunması üçün nələr edə biləcəyini müzakirə etmək üçün bir aradayıq”, - deyə A.Blinken qeyd edib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin