Orbanın Şuşadakı səfərini qalmaqal adlandıran fransız deputata Metyu Brayzadan CAVAB -  ÖZƏL

Hazırda oxunan: Orbanın Şuşadakı səfərini qalmaqal adlandıran fransız deputata Metyu Brayzadan CAVAB -  ÖZƏL

Fransız deputat Metyu Brayza, Viktor Orbanın Şuşadakı səfərini qalmaqal adlandıran ifadələrə cavab verir və Avropa İttifaqının Türk Dövlətləri Təşkilatının zirvə görüşünə etirazını açıqlayır.

201363

Xəbər verildiyi kimi iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Həmçinin “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi” imzalandı.

Görüşə Azərbaycan Prezidenti İlham Əliyevin ev sahibliyində  Qazaxıstan, Qırğızıstan, Özbəkistan prezidentləri, Türkiyə Respublikasının Vitse-prezidenti, Macarıstanın Baş naziri, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti, eləcə də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.

Lakin TDT qeyri rəsmi Zirvə görüşü Avropa İttifaqında heç də birmənalı qarşılanmadı. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Şimali Kipr Türk Cümhuriyyətinin rəhbəri ilə Macarıstan Baş naziri Orbanın eyni zirvədə iştirakını qəbul edilməz hesab edib.

“Viktor Orban Türk Dövlətləri Təşkilatının sammitində özünü təmsil etmək səlahiyyətini Avropa İttifaqından almayıb. Aİ Kipr türk separatçı qurumunu legitimləşdirmək cəhdlərini rədd edir və yalnız Kipr Respublikasını tanıyır”, - deyə C.Borrel bildirib.

Macarıstanlı nazirin Şuşada olmasından Natali Luazo niyə narahat olub?

Viktor Orbanın Şuşada olmasından yalnız Borrel deyil, həmçinin Fransadan olan Avropa Parlamentinin deputatı Natali Luazo da narahat olub.

“Orbanın Türk Dövlətlərinin Sammitində Şimali Kipr təmsilçisi ilə, hətta Qarabağın şəhərində iştirakı Macarıstan üçün biabırçılıq, Avropa üçün isə qalmaqaldır. Macarıstanın Baş naziri Orban Kipr problemini şübhə altına alırmı?”, - deyə xanın Luazo açıqlama verməyi də unutmayıb.

Maraqlıdır, Avropa İttifaqı Türk ölkələrinin bir araya gəlməsindən və Macarıstanın Türk dövlətləri ilə olan münasibətlərindən niyə narahatdır?

Mövzu ilə bağlı Bizim.Media-ya fikirlərini bölüşən beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycanda sabiq səfiri və ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza xanım deputatın fransız olduğuna və Makrona uyğun siyasət yürütməsinə diqqət çəkib.

“Avropa Parlamentinin konkret deputatının, siz deyən Natali Luazonun niyə bu səfəri qalmaqal adlandırmasından xəbərim yoxdur. Bu o deməkdir ki, Avropa İttifaqının qalan hissəsi Viktor Orbanın səfərinə ümumiyyətlə əhəmiyyət verir. Yəni, Avropa Parlamentində yüzlərlə deputat var. Mən bu deputatı tanımıram, amma adı fransızdır. Beləliklə, o, Emmanuel Makronun Azərbaycana və Türkiyəyə qarşı antipatiyasını əks etdirə bilər. Orbanın Şuşada TDT toplantısında iştirakı və Bakı təşəbbüsü ilə iştirakı Yeni Kaledoniyada baş verən iğtişaşlar fonunda reallaşır. Bəlkə də buna görə Avropa Parlamentinin bu üzvü Orbanın Şuşa toplantısında iştirakını qalmaqal adlandırıb. Amma inanmıram ki, Avropa İttifaqının Baş nazir Orbanın iştirakı ilə bağlı hər hansı rəsmi fikri var”, - deyə M.Brayza bildirib.

“Macarıstanı Türk dövlətləri ilə birləşdirən türk dilidir...”

Sabiq səfir qeyd edib ki, Macarıstanın Türk dövlətləri ilə əməkdaşlığı təbii haldır. Çünki onları birləşdirən ümumi Türk dili mövcuddur.

“Macarıstanın baş naziri Viktor Orbanın ümumilikdə türk dövlətlərinin təşkilində iştirak etməsi təbii ki, maraqlıdır. Amma bu ona görədir ki, dil baxımından macar xalqı və türk dillərində danışanlar, daha konkret desək, fin-uqor dillərində danışanların müəyyən ümumi cəhətləri var. Beləliklə, Fin-uqor dilləri Finlandiyadan Türkiyəyə və ya Azərbaycan ərazisinə qədər uzanır. Təbii ki, harada türk xalqları varsa - Şimali İranda da etnik azərbaycanlılar, İraqda, Türkmənistanda və Orta Asiyada, hətta Cənubi Koreya da daxil olmaqla, Türkmənistan xalqları belədir”, - deyə M.Brayza əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin