Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı ölkəmizə səfərə dəvət edib.
Bizim.Media xəbər verir ki, bunu dövlətimizin başçısı Pezeşkianla telefon danışığı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Dəvəti məmnunluqla qəbul edən İran Prezidenti dövlət başçısına minnətdarlığını bildirib və öz növbəsində, Azərbaycan Prezidentini İran İslam Respublikasına rəsmi səfərə dəvət edib.
Dövlət başçısı bu dəvəti məmnunluqla qəbul edib.
Bizim.Media