Fransanın üzərini “qara buludlar” ALDI – Küncə sıxılan Makronu nə GÖZLƏYİR?

Hazırda oxunan: Fransanın üzərini “qara buludlar” ALDI – Küncə sıxılan Makronu nə GÖZLƏYİR?

Fransada gərginlik fazası artmaqdadır. Görünən odur ki, Makron küncə sıxılıb. Yeni Xalq Cəbhəsi solçu alyansı Fransa Milli Assambleyasına (parlamentin aşağı palatası) ötən gün keçirilən növbədənkənar seçkilərin ikinci turunda qalib gələrək 182 yer qazanıb.

201071

Fransada gərginlik fazası artmaqdadır. Görünən odur ki, Makron küncə sıxılıb. Yeni Xalq Cəbhəsi solçu alyansı Fransa Milli Assambleyasına (parlamentin aşağı palatası) ötən gün keçirilən növbədənkənar seçkilərin ikinci turunda qalib gələrək 182 yer qazanıb. İkinci yeri 168 mandat qazanan “Respublika Naminə Birlikdə” prezident koalisiyası tutur. Parlamentin aşağı palatasında üçüncü ən böyük fraksiya 143 yerlə sağçı Milli Birlik olacaq.

Bəs bu ölkədə hadisələrin perspektivi necə olacaq? Fransanı nə gözləyir?

Politoloq Tural İsmayılov mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O, Fransadakı siyasi mənzərəni belə şərh edib:

“Fransada Makronun böyük məğlubiyyət alacağı gözlənilən idi. Çünki sözügedən ölkə uzun müddətdir ki, istər daxili, istərsə də xarici siyasətdə yanlış addımlar atırdı. Fransanın təkcə beynəlxalq münasibətlər sistemində nüfuzu zədələnməyib, həm də ölkə daxilində çox ciddi narazılıq elementləri formalaşıb. Xüsusilə “sarı jiletlilər” aksiyası günlərlə davam etdi. Makronun elan etdiyi “pensiya islahatları”na qarşı Fransa əhalisi küçələrə axışdı.

Əlbəttə ki, həm daxildə, həm də xaricdəki savadsız və ziyanlı siyasət Makrona olan etimadın daha da aşağı düşməsinə səbəb oldu. Fransada solçular çoxluğu ələ keçiriblər, amma hakimiyyət dəyişikliyi üçün bu da bəs eləmir. Çünki Fransa Senatında lazım olan 289 yeri onlar da qazanmayıblar. 

Makron solçularla koalisyon hökumət formalaşdıracaq?

Hər bir halda Senatda solçuların millət vəkillərinin sayı daha çoxdur. Bunun nəticəsində Fransanın Baş naziri Qabriel Attal məcbur qalaraq istefaya gedib. Makron indi solçularla koalisyon hökumət formalaşdırmalıdır. Bu, əlbəttə ki, Fransanın daxilindəki siyasi münasibətlər sistemini daha da gərginləşdirəcək. Çünki Makron təkbaşına qərarlar almaqda çətinlik çəkəcək.
Həm ölkə daxilindəki sosial məsələlər, həm də Fransanın beynəlxalq münasibətlər sistemində atacağı addımlarla bağlı istədiyi qərarları ala bilməyəcək. Bu da Fransada hakimiyyət böhranını və siyasi münasibətlər sistemini daha da çətinləşdirəcək. Fransadakı son seçkidən sonra bu ölkənin gələcəyinin çox pozitiv olacağını deyə bilmərik. Orada anlaşılmaz qüvvələrin daha çox ziyan vuracağını düşünürəm”. 

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin