Nazir: “TDT liderlərinin Şuşadakı sammitinin tarixi mənası var”

Hazırda oxunan: Nazir: “TDT liderlərinin Şuşadakı sammitinin tarixi mənası var”

200999

“Şuşada Türk Dövlətləri Təşkilatı (TDT) liderləri sammitinin keçirilməsinin tarixi mənası var”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. 

Nazir qeyd edib ki, Azərbaycanın prioritet məsələlərindən biri TDT çərçivəsində əməkdaşlığı inkişaf etdirməkdir. 

"Prezident İlham Əliyevin təşəbbüsü ilə hər il TDT-nin qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi təklifi irəli sürüldü. Üçüncü belə Zirvə Şuşada baş tutdu. Torpaqlar azad ediləndən sonra Şuşada əlamətdar tədbirlər keçirilib. Ancaq beynəlxalq səviyyədə, sammit şəklində TDT liderlərinin görüşünün tarixi mənası var. Biz bundan qürur hissi duyuruq", - C.Bayramov vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin