Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərt AÇIQLANDI

Hazırda oxunan: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərt AÇIQLANDI

Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti XİN rəhbəri Ceyhun Bayramov açıqlayıb. Ermənistanın ərazi iddialarının aradan qaldırılması sülhün prioriteti kimi vurğulanıb.

200996

"Qarşıda hədəflərimiz çoxdur. Ölkəmizin suverenliyinə qarşı təhdidlərin aradan qaldırılması əsas prioritetdir".

Bizim.Media xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, həm ikitərəfli, həm də çoxtərəfli platformalarda Azərbaycanın milli maraqlarına cavab verən siyasət təmin edilir.
XİN rəhbəri Ermənistanla münasibətlərin normallaşması prosesinin hazırkı vəziyyəti barədə də danışıb: 

“Mütəmadi olaraq Ermənistanla sülh gündəliyinin prioritetləri barədə ictimaiyyətə məlumat verilir. Dünya ictimaiyyəti bilir ki, işğal faktı aradan qaldırılıb. 2021-ci ilin yanvarında Prezident İlham Əliyev açıq çıxış edərək sülh gündəliyini Ermənistana təklif etdi. Sülh müqaviləsinin müzakirəsi üzrə açıq sualların sayı xeyli azalıb. Təəssüf ki, Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiası qalmaqdadır. Sülhə tam nail olunması üçün bu amil aradan qaldırılmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin