Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə qərar partiya Ali Məclisinin bu gün keçirilən iclasında qəbul edilib.
VI çağırış Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi partiyada seçkilərlə bağlı bütün səlahiyyətlər İdarə Heyətinə verilib.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası indiyədək 10 partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.
Bunlar Müsavat Partiyası, Ümid Partiyası, Böyük Qurtuluş Partiyası, Demokratik İslahatlar Partiyası, Ana Vətən Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Yeni Azərbaycan Partiyası, Respublikaçı Alternativ (REAL) Partiyası, Ağ Partiya və Vətəndaş Həmrəyliyi partiyalarıdır.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:26 / 07.07.2024
Azərbaycanda daha bir partiya parlament seçkilərində iştirak edəcək
Hazırda oxunan: Azərbaycanda daha bir partiya parlament seçkilərində iştirak edəcək
Hazırda oxunan: Azərbaycanda daha bir partiya parlament seçkilərində iştirak edəcək
Azərbaycanda daha bir partiya olan Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
200921
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.