Prezident: “Türk dünyasının gücləndirilməsi Azərbaycanın prioritet istiqamətidir” - VİDEO

Hazırda oxunan: Prezident: “Türk dünyasının gücləndirilməsi Azərbaycanın prioritet istiqamətidir” - VİDEO

Prezident İlham Əliyev Türk dünyasının gücləndirilməsini Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti kimi qeyd edib. Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi xüsusilə vurğulanıb.

200790

“Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir”.

Bizim.Media xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında deyib.

“Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir”, - deyə dövlətimizin başçısı bildirib.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin