Binəli Yıldırım: “Orta Dəhlizlə yük daşımalarını 11 milyon tona çatdırmaq mümkündür”

Hazırda oxunan: Binəli Yıldırım: “Orta Dəhlizlə yük daşımalarını 11 milyon tona çatdırmaq mümkündür”

200747

2030-cu ilədək Orta Dəhlizlə yük daşımalarını 11 milyon tona çatdırmaq tamamilə mümkündür.

Bizim.Media xəbər verir ki, bu barədə Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə TDT-nin Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib.

"Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşdırılması ilə bağlı üzərimizə böyük işlər götürmüşük. Bu gün Bakı-Tbilisi-Qarsın tikintisi Orta Dəhlizinin pozulmuş halqasının tamamlanması deməkdir. Hazırda Orta Dəhlizdən daha səmərəli istifadə olunsa da, bu gün lazımi buraxılış gücünün yalnız üçdə birinə nail olub. 2030-cu ilə qədər bu marşrut üzrə yükdaşımaları 11 milyon tona çatdırmaq tamamilə mümkündür. Bunun üçün müəyyən işlər, müəyyən addımlar var", - o deyib.

Onun sözlərinə görə, infrastrukturu kommersiya olaraq nəzərdən keçirməkn son dərəcə yanlışdır.

"İnfrastruktur və nəqliyyat ticarətin inkişafı üçün əvəzsiz vasitədir. Bu baxımdan yekun məqsədimiz Avropa İttifaqında olduğu kimi, bu yolda hər şeyi liberallaşdırmaq olmalıdır. Türk Dövlətləri Təşkilatının son məqsədi yollarda gözləmə müddətləri üçün ödəniş almaq və burada tariflərin gözlənilməzliyini aradan qaldırmaq, həmçinin kvota ilə bağlı problemlərin qarşısını almaq olmalıdır. Beləliklə, Qərbdən Şərqə uzanan əsas ticarət yolu olan Orta Dəhliz layiq olduğu məşğulluğa və layiq olduğu yerə sahib olacaq", - o deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin