İlham Əliyev TDT-nin dövlət və hökumət başçılarını COP29-a dəvət edib

Hazırda oxunan: İlham Əliyev TDT-nin dövlət və hökumət başçılarını COP29-a dəvət edib

İlham Əliyev Türk Dövlətləri Təşkilatının dövlət başçılarını COP29-a dəvət edib. COP29-a Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük etimadın nümunəsidir.
200730

Bildiyiniz kimi, bu il Azərbaycan COP29 konfransına ev sahibliyi edəcək. Fürsətdən istifadə edərək sizin hər birinizi bir daha COP29-a dəvət edirəm.

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, COP29-a sədrlik və bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük etimadın bariz nümunəsidir: "200-ə yaxın ölkə bizim namizədliyimizi yekdilliklə dəstəkləmişdir. Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin