Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir.
Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.
"Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır", - dövlət başçısı bildirib.
- A-
- A
- A+
Siyasət
13:43 / 06.07.2024
İlham Əliyev: XXI əsr Türk dünyasının inkişaf əsri olmalıdır - VİDEO
Hazırda oxunan: İlham Əliyev: XXI əsr Türk dünyasının inkişaf əsri olmalıdır - VİDEO
Hazırda oxunan: İlham Əliyev: XXI əsr Türk dünyasının inkişaf əsri olmalıdır - VİDEO
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı Zirvə görüşündə Türk dünyasının XXI əsrin inkişafı əsri olması gerektiğini vurğulayıb.
200729
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.