“Ana Vətən Partiyasının növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərarı gələn həftə olacaq”.
Bizim.Media xəbər verir ki, bunu Apa--ya açıqlamasında VI çağırış Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.
Partiya sədri bildirib ki, artıq ilkin müzakirələr aparılıb, namizədlər demək olar bəllidir:
“Partiyanın Seçki Qərargahını yaratmışıq və səlahiyyətli nümayəndələrimizi Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etmişik. Namizədlərin irəli sürülməsi məsələsini isə partiyanın gələn həftə keçiriləcək iclasında müzakirə edəcəyik”.
Fəzail Ağamalı seçkidə iştirak edib-etməyəcəyi məsələsinə də aydınlıq gətirib:
“Belə niyyətim var, ancaq səhhətimdə ciddi problem yaranıb. 3 il qabaq ürəyimdən əməliyyat olunmuşdum. İndi yenə ürəyimdə problem yaranıb. Danışanda da təngənəfəs oluram. Ona görə bu günlərdə Türkiyəyə həkimə gedib yekun qərarımı verəcəyəm. Həkimin rəyindən sonra iştirak edib-etməyəcəyimlə bağlı qərarımı qəbul edəcəm”.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2024/07/06/1720250578_fezail1687694307.jpg)
- A-
- A
- A+
Siyasət
12:04 / 06.07.2024
Fəzail Ağamalı: “Parlament seçkilərində iştirakla bağlı qərarımı həkim rəyindən sonra qəbul edəcəm”
Hazırda oxunan: Fəzail Ağamalı: “Parlament seçkilərində iştirakla bağlı qərarımı həkim rəyindən sonra qəbul edəcəm”
Hazırda oxunan: Fəzail Ağamalı: “Parlament seçkilərində iştirakla bağlı qərarımı həkim rəyindən sonra qəbul edəcəm”
Fəzail Ağamalı, parlament seçkilərində iştirakla bağlı qərarını həkim rəyindən sonra qəbul edəcəyini bildirib. Ana Vətən Partiyasının növbəndənkənar parlament seçkilərində iştirakla bağlı qərarının gələn həftə açıqlanacağını vurğulayıb.
200705
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.