Böyük Britaniyada iqtidar DƏYİŞİKLİYİ – Londonun xarici siyasətində nə DƏYİŞƏCƏK?

Hazırda oxunan: Böyük Britaniyada iqtidar DƏYİŞİKLİYİ – Londonun xarici siyasətində nə DƏYİŞƏCƏK?

Böyük Britaniyada iyulun 4-də keçirilən parlament seçkiləri nəticəsində solçu Leyboristlər Partiyası qələbə qazanıb və hakimiyyətə gəlmişdir. Mühafizəkarlar Partiyası məğlub olmuşdur və Baş nazir Rişi Sunak istefa verib. Seçkilər və hakimiyyət dəyişikliyi Britaniya-London-Azərbaycan münasibətlərinə təsir edəcəkmi? VI dönəm Milli Məclis deputatı Fəzail Ağamalı məsələyə aydınlıq gətirir.

200603

Böyük Britaniyada iyulun 4-də keçirilən parlament seçkiləri müxalifətdə olan solçu Leyboristlər Partiyasının qələbəsilə yekunlaşıb. Belə ki, 650 yerlik parlamentdə Keyr Starmerin rəhbərlik etdiyi Leyboristlər 410 yer qazanıb. 

Hakim Mühafizəkarlar Partiyası isə ciddi məğlubiyyətə uğrayıb. Onlar 131 mandat alıb ki, bu da 2019-cu ilin son seçkiləri ilə müqayisədə 234 yer azdır.

Bundan əlavə, Britaniya Baş naziri Rişi Sunak da istefa verib. Onun yerinə bu vəzifəyə Leyboristlərin sədri Keyr Stramer təyin olunub. 

Maraqlıdır ki, son zamanlar Avropa qitəsində keçirilən seçkilər əsasən sağçıların qələbəsilə yekunlaşır. Fransa, Belçikada məhz belə olub. Britaniyada isə əksinə, solçu İşçi partiyası qələbə qazanıb. Belədə isə Mühafizəkarların 14 illik hakimiyyətinə son qoyulur.

Qeyd edək ki, Londonla Bakı arasında münasibətlər olduqca normal müstəvidədir. 44 günlük Vətən Müharibəsində də Britaniya Azərbaycanın mövqeyinə qarşı çıxmayıb. Lakin müxtəlif dövrlərdə bəzi Leyborist deputatların ölkəmizə qarşı qərəzli yanaşmasına da şahidlik etmişik. Məsələn, leyboristlərin təmsilçisi Marqaret Hods 2022-ci ilin aprelində çıxışı zamanı Azərbaycana qarşı sanksiyaların tətbiqini təklif etmişdi. 

Görəsən, Leyboristlərin hakimiyyətə gəlməsi fonundan Britaniyanın ölkəmizə qarşı siyasətində dəyişiklik olacaqmı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında VI çağırış Milli Məclisin deputatı Fəzail Ağamalı bildirir ki, Britaniyada hakimiyyət dəyişikliyinə baxmayaraq, bu ölkənin Azərbaycana qarşı siyasətində heç nə dəyişməyəcək: 

“Böyük Britaniyada Leyboristlərin seçkilərdə qalib gəlməsi və hökumət həmin partiya nümayəndələrindən təşkil olunması düşünmürəm ki, uzun illərdən bəri formalaşan, inkişaf edən Britaniya Azərbaycan münasibətlərinə hər hansı neqativ təsir göstərsin. Bu inandırıcı deyil.

Çünki Londonla Bakı arasındakı münasibətlərin dərin kökləri və əsasları var. Bu da xüsusi olaraq Heydər Əliyevin neft strategiyası və Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasətinin nəticəsidir. 
Azərbaycanla Britaniya arasında ciddi iqtisadi, siyasi əlaqələr və əməkdaşlıq mövcuddur. Vətən müharibəsində Fransa iki dəfə BMT Təhlükəsizlik Şurası səviyyəsində Azərbaycana qarşı qətnamə qəbul edərək, sanksiyaların tətbiq olunması təşəbbüsü ilə çıxış edərkən, onun qarşısını məhz Böyük Britaniya aldı.

Müharibə dövründə London Azərbaycanın beynəlxalq münasibətlər sistemində və digər sahələrdə yanında oldu. 

Bu gün də Bakı ilə London arasında çox sağlam əsaslara söykənən əməkdaşlıq mövcuddur. Bu mənada Britaniyada partiyalararası hakimiyyət dəyişikliyinin Bakı ilə London arasında mövcud olan sağlam münasibətlərə təsir göstərəcəyi inanılası deyil. Bu gözlənilmir”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin