İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin açılışında - FOTO

Hazırda oxunan: İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin açılışında - FOTO

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin açılışında iştirak edib.

200550

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. 

Bizim.Media xəbər verir ki, dövlət başçısına Mərkəzdə yaradılan şərait barədə məlumat verilib. 

Bildirilib ki, ümumi daxili sahəsi 2600 kvadratmetr olan Dövlət Xidmətləri Mərkəzinin yenidənqurma və təmir işlərinə ötən ilin mayında başlanılıb. Buradakı keçmiş poçt binasında və onun yerləşdiyi ərazidə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən əsaslı təmir işləri aparılıb, geniş yaşıllıq zonası salınıb. 
Dördmərtəbəli binanın əsaslı təmirindən sonra burada “ASAN xidmət” və “DOST xidməti” mərkəzləri, KOB evi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (poçt, rabitə qovşağı) filialları fəaliyyət göstərəcək. 

Diqqətə çatdırılıb ki, burada fəaliyyət göstərəcək qurumlar üzrə 56 nəfərin aidiyyəti üzrə işlə təmin edilməsi nəzərdə tutulur. 

Mərkəzdə işləyəcək əməkdaşların Şuşa şəhər sakini olması təmin edilib. Bildirilib ki, buradakı Şuşa regional “ASAN xidmət” mərkəzində 21 nəfər çalışacaq. İşçilərin hamısı Şuşada qeydiyyatda olan vətəndaşlar arasından (köç siyahısından) seçilib. 













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin