Prezident Xankəndi Konqres Mərkəzinin TƏMƏLQOYMA MƏRASİMİNDƏ - FOTO/VİDEO

Hazırda oxunan: Prezident Xankəndi Konqres Mərkəzinin TƏMƏLQOYMA MƏRASİMİNDƏ - FOTO/VİDEO

Prezident Xandəndi Konqres Mərkəzinin TƏMƏLQOYMA MƏRASİMİNDƏ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xandəndi Konqres Mərkəzinin təməlini qoyub.

200528

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi Konqres Mərkəzinin təməlini qoyub. 

Bizim.Media xəbər verir ki, dövlət başçısına layihə barədə məlumat verilib. 

Bildirilib ki, Konqres Mərkəzinin ümumi sahəsi 6 min kvadratmetr, tikintialtı sahəsi isə 2 min kvadratmetrə yaxın olacaq.

Mərkəzin dörd mərtəbədən və bir zirzəmi qatından ibarət binasında müxtəlif tədbir və ziyafətlərin keçirilməsi üçün zallar olacaq. Burada əyləncə və istirahət üçün idman zalı, qapalı hovuz və SPA zonası da yaradılacaq. 

Dövlət başçısına Konqres Mərkəzi ilə bir kompleksdə yer alan “Xankəndi” hotelinin layihəsi barədə də məlumat verilib. 

Qeyd edilib ki, hotelin ümumi sahəsi 3800 kvadratmetr, tikintialtı sahəsi isə 900 kvadratmetrdir. Hoteldə müxtəlif tipli 105 otaq olacaq. Bundan başqa, burada ən müasir iaşə məkanları da yaradılacaq. Binanın birinci mərtəbəsində “Lobby Lounge & Terrace” restoranı fəaliyyət göstərəcək. 

Vurğulanıb ki, Qarabağın özünəməxsus memarlıq üslubunda inşa ediləcək kompleksdə ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ən müasir tələblərə uyğun şərait yaradılacaq. 
Dövlət başçısı Xankəndi Konqres Mərkəzinin təməlini qoyub. 
 





Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin