Xəbər verdiyimiz kimi, Türkiyə millisinin futbolçusu Merih Demiral qol sevincində bozqurd işarəsi göstərdiyinə görə UEFA araşdırma başladıb. Hadisənin üzərindən çox keçmədən Türkiyə XİN cavab olaraq bəyanat yayıb. Amerika Erməni Milli Komitəsi (ANCA) Bozqurd işarəsinin zorakılıq simvolu olduğunu iddia edib və Merihin bütün beynəlxalq matçlardan ömürlük kənarlaşdırılmasını tələb edib.
Maraqlıdır, türklük simvolu olan bozqurd işarəsində problem nədir? UEFA niyə sadə bir qol sevincini bu qədər böyüdür? Türklüyün ifadə olunmasında qəbahət nədir?
Millət vəkili Fazil Mustafa mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
O bildirib ki, bu, sadəcə absurd bir yanaşmadır:
“Bu məntiqlə rusların ayı, hansısa norveçlinin vikinq, fransızların xoruz işarəsi və s. hamısı cinayət xarakterli elan olunmalıdır? Belə bir axmaq araşdırmanı necə başlada bilərlər? Olduqca mənasız hərəkətdir. Sözügedən araşdırmanın sonunda hansısa cəza tətbiq etmək məntiqsizdir və UEFA-nı başıaşağı edəcək addım ola bilər”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:00 / 04.07.2024
Fazil Mustafadan UEFA-nın bozqurd araşdırmasına reaksiya: “Bu axmaq qərarı...”
Hazırda oxunan: Fazil Mustafadan UEFA-nın bozqurd araşdırmasına reaksiya: “Bu axmaq qərarı...”
Hazırda oxunan: Fazil Mustafadan UEFA-nın bozqurd araşdırmasına reaksiya: “Bu axmaq qərarı...”
Fazil Mustafadan UEFA-nın bozqurd araşdırmasına reaksiya: “Bu axmaq qərarı...” Türkiyə XİN cavab verdi və Amerika Erməni Milli Komitəsi də bu mövzuda fikirlərini açıqladı.
200442
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.