Əhalinin neçə faizi sülh müqaviləsinin imzalanmasını dəstəkləyir? – SORĞU

Hazırda oxunan: Əhalinin neçə faizi sülh müqaviləsinin imzalanmasını dəstəkləyir? – SORĞU

Əhalinin neçə faizi sülh müqaviləsinin imzalanmasını dəstəkləyir? – SORĞU Ölkə əhalisinin 83.8%-i Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.

200416

Ölkə əhalisinin 83.8%-i Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.

Bizim.Media xəbər verir ki, bu barədə  Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb. 

Məlumatda deyilir ki, Mərkəz Azərbaycan və Ermənistan arasında sülh razılaşması istiqamətində müsbət dinamikanı nəzərə alaraq, bu barədə ictimai rəyi öyrənmək məqsədilə əhali arasında sorğular keçirib.

2024-cü ilin iyun ayında keçirilmiş sorğunun nəticələrinə əsasən, “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?” sualına respondentlərin 83.8%-i “bəli, dəstəkləyirəm”, 13.5%-i “xeyr, dəstəkləmirəm” cavabını verib. 2.7%-i bu suala rəyini bildirməkdə çətinlik çəkib.
Sorğunun nəticələri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə cəmiyyətdə geniş dəstəyin olduğunu göstərir. Sosial Tədqiqatlar Mərkəzinin bu mövzuda keçirdiyi əvvəlki sorğuların nəticələri də cəmiyyətdə sülh müqaviləsinin imzalanmasına münasibətdə müsbət tendensiyanın olduğunu deməyə əsas verir.


Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin