“Azərbaycan Amerika Birləşmiş Ştatları ilə münasibətlərinə xüsusi əhəmiyyət verir”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 4 İyul – Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubunda yer alıb.
Dövlət başçısı məktubunda, həmçinin qeyd edib:
“Ölkələrimiz mürəkkəb regional çağırışların həlli istiqamətində, terrorizmə qarşı mübarizə və beynəlxalq təhlükəsizlik məsələlərində hər zaman yaxından əməkdaşlıq ediblər. Enerji sahəsindəki uzunmüddətli və səmərəli birgə fəaliyyətimiz xüsusi əhəmiyyət kəsb edir. Birləşmiş Ştatların Azərbaycanın enerji strategiyasının gerçəkləşməsinə, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin reallaşmasına verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndiririk”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:10 / 04.07.2024
İlham Əliyev: “Azərbaycan ABŞ ilə münasibətlərinə xüsusi əhəmiyyət verir”
Hazırda oxunan: İlham Əliyev: “Azərbaycan ABŞ ilə münasibətlərinə xüsusi əhəmiyyət verir”
Hazırda oxunan: İlham Əliyev: “Azərbaycan ABŞ ilə münasibətlərinə xüsusi əhəmiyyət verir”
Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydeni 4 İyul Müstəqillik Günü münasibətilə təbrik etdi və Azərbaycanın ABŞ ilə münasibətlərinə xüsusi əhəmiyyət verdiyini vurğuladı.
200377
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.