Məlum olduğu kimi artıq VII çağırış Milli Məclisə seçkilərə start verilib. Seçkilər siyasi partiyalar üçün daha çox maraq kəsb edir. Çünki seçkilər təkcə seçilmək imkanı deyil, həm də güclərin ölçü barometridir.
Bəs partiyalar parlament seçkilərinə necə hazırlaşırlar?
Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Bizim.Media-ya açıqlamasında bildirib ki, bu həftə seçkiyə hazırlıqların yekunu ilə bağlı son iclas keçiriləcək:
“Bu günə kimi 40-45 nəfər namizədimiz dəqiqləşib. Seçkiyə qatılmaq istəyən partiya üzvlərimizin sayı bundan daha çoxdur. Amma biz araşdırırıq, təhlillər aparırıq. Hansı namizədin qalib gələ biləcəyini dəqiqləşdiririk. Ona görə də hələlik bu qədər namizədlə seçkilərə qatılmağı düşünürük.
Lakin bu siyahı arta da bilər. Partiyanın xüsusi komissiyası bu məsələnin üzərində çox gərgin işləyir. Yəqin ki, bu həftənin sonuna kimi ilkin hazırlıqlarımızı bitirmiş olacağıq. İnşallah, iyulun 6-da bununla bağlı böyük bir toplantımız olacaq”.
AVP-nin hazırlıqları yekunlaşmaq üzrədir
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da AVP-nin növbəti parlament seçkilərinə ciddi şəkildə hazırlaşdığını deyib:
“Biz artıq bununla bağlı müzakirələri yekunlaşdırmaq üzrəyik. Həftənin sonuna kimi bu məsələyə konkretlik gətirəcəyik. Hesab edirəm ki, MSK-nın müəyyən etdiyi qrafikə uyğun olaraq biz öz işimizi görəcəyik.
Partiyamızdan xeyli iddiaçı var. Amma seçkilərə nə qədər namizədlə qatılacağımız barədə yekun qərar verməmişik. Bununla bağlı partiyanın Ali Məclisi çağrılacaq. O yığıncaqda seçkiyə qatılacaq namizədlərin kimliyi və sayı barədə qəti qərar verəcəyik. Çalışacağıq ki, seçkilərə daha çox namizədlə qatılaq. Təbii ki, bu məsələdə müəyyən reallıqları da nəzərə alacağıq”.
AMİP hazırlıqlara fevraldan başlayıb
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə AMİP-in seçkilərə fevral ayından etibarən hazırlaşmağa başladığını qeyd edib:
“Artıq prodsedur yekunlaşmaq üzrədir. Bəzi texniki dəqiqləşmələr qalıb. Yaxın günlərdə hansı dairələrdən namizədlərimiz olacağı barədə qərarımız olacaq.
Bu həftənin sonunda partiyanın Siyasi Şurasının çağırılması nəzərdə tutulub. Bu iclasda partiyamızın seçkilərdə hansı qismdə iştirakı və namizədlərin hansı dairələrdən irəli sürüləcəyi dəqiqləşdiriləcək, bununla bağlı müvafiq qərar veriləcək. Son qərarla bağlı mətbuata geniş açıqlamamız olacaq”.
QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi - bəndinə uyğun olaraq hazırlanıb.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:00 / 03.07.2024
Partiyalar seçkilərə neçə namizədlə qatılacaqlar? – SORĞU
Hazırda oxunan: Partiyalar seçkilərə neçə namizədlə qatılacaqlar? – SORĞU
Hazırda oxunan: Partiyalar seçkilərə neçə namizədlə qatılacaqlar? – SORĞU
Partiyalar seçkilərə neçə namizədlə qatılacaqlar? Məlum olduğu kimi artıq VII çağırış Milli Məclisə seçkilərə start verilib. Seçkilər siyasi partiyalar üçün daha çox maraq kəsb edir. Çünki seçkilər təkcə seçilmək imkanı deyil, həm də güclərin ölçü barometridir. Partiyalar parlament seçkilərinə necə hazırlaşırlar? Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev və digər siyasi partiyaların hazırlıkları ilə bağlı məlumat veriblər.
200101
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.