Azərbaycan və Ukrayna arasında mina təhlükəsi ilə mübarizə istiqamətində əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO

Hazırda oxunan: Azərbaycan və Ukrayna arasında mina təhlükəsi ilə mübarizə istiqamətində əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO

199956

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Ukraynanın ölkəmizdəki səfiri Yuri Husyev ilə görüşüb.

ANAMA-nın mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, görüşün məqsədi hər iki ölkə üçün prioritet sahələrdən biri olan mina təhlükəsi ilə mübarizə istiqamətində ikitərəfli əməkdaşlıq perspektivlərinin müzakirəsindən ibarət olub.

Azərbaycanın humanitar minatəmizləmə sahəsində yardım məqsədilə Ukraynaya təqdim etdiyi “Revival P” mexaniki minatəmizləmə maşınına görə təşəkkürünü bildirən səfir mexaniki vasitənin ərazilərin piyada əleyhinə minalardan təmizlənməsində səmərəli və effektiv nəticə göstərdiyini qeyd edib.

Görüş zamanı tərəflər humanitar minatəmizləmə sahəsində Agentlik tərəfindən Ukrayna mütəxəssislərinə müvafiq təlimlərin keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin