Müvafiq razılaşmalara əsasən, komissiyalar “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın birgə fəaliyyəti haqqında” Əsasnamə layihəsinin razılaşdırılması üzərində işləyirlər.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, 2024-cü il iyulun 1-nə olan vəziyyətə görə, komissiyalar işçi qaydada Əsasnamənin layihələrinin mübadiləsini həyata keçirib və bir sıra müzakirələr aparıblar.
"Danışıqlar konstruktiv məcrada davam edir. Razılaşdırma prosesinin tezliklə başa çatdırılması planlaşdırılır", - məlumatda vurğulanıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:13 / 01.07.2024
Delimitasiya komissiyalarının GÖRÜŞÜ KEÇİRİLDİ: Razılaşdırma prosesi tezliklə başa çatdırılacaq
Hazırda oxunan: Delimitasiya komissiyalarının GÖRÜŞÜ KEÇİRİLDİ: Razılaşdırma prosesi tezliklə başa çatdırılacaq
Hazırda oxunan: Delimitasiya komissiyalarının GÖRÜŞÜ KEÇİRİLDİ: Razılaşdırma prosesi tezliklə başa çatdırılacaq
Delimitasiya komissiyalarının görüşü KEÇİRİLİB: Razılaşdırma prosesi tezliklə başa çatdırılacaq. Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası əsasında danışıqlar davam edir.
199930
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.