Ermənistan hökuməti Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazisinə daxil olan və ötən əsrin 90-cı illərinin əvvəllərində işğal olunmuş Kərki eksklavını Azərbaycana qaytarmağa hazırlaşır.
Bizim.Media haqqin.az-a istinadən xəbər verir ki, bu barədə erməni mənbələri məlumatlar yayıb.
Məlumata görə, bu kənd Qarabağdan köçən ermənilərin məskunlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısına daxil edilməyib.
Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan bildirib ki, Qarabağdan ermənilərin köçürülməsi üçün Azərbaycanla həmsərhəd kəndlər də daxil olmaqla 390 yaşayış məntəqəsi müəyyən edilib. Orada məskunlaşmaq istəyənlərə hər ailə üzvü üçün 10-12 min dollar məbləğində mənzil sertifikatı veriləcək.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Qayane Karagyezyan isə ermənilərin özlərinin “Tiqranaşen” adlandırdıqları Kərkinin siyahısından çıxarılmasını şərh edərkən, ola bilsin ki, Qarabağ ermənilərinin bu qəsəbəyə köçürülməsi prioritet məsələ deyil.
Kərki kəndi də Qarabağdan olan ermənilər üçün ev tikilməsi nəzərdə tutulan yaşayış məntəqələrinin əvvəllər təsdiq edilmiş siyahısına daxil edilməyib.
Müxalifətçi deputat Tiqran Abramyanın sözlərinə görə, bu, hökumətin Kərki də daxil olmaqla 4 anklav kəndini Azərbaycana qaytarmağa hazırlaşması ilə bağlıdır.
Qeyd edək ki, hazırda Kərkidə 42 ailə yaşayır. Ötən il Qarabağdan bir erməni ailəsi kəndə köçsə də, sonradan oranı tərk edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:26 / 28.06.2024
KİV: Ermənistan strateji əhəmiyyətli kəndləri Azərbaycana qaytarmağa hazırlaşır - FOTO
Hazırda oxunan: KİV: Ermənistan strateji əhəmiyyətli kəndləri Azərbaycana qaytarmağa hazırlaşır - FOTO
Hazırda oxunan: KİV: Ermənistan strateji əhəmiyyətli kəndləri Azərbaycana qaytarmağa hazırlaşır - FOTO
Ermənistan hökuməti, Qarabağdan köçən ermənilər üçün Azərbaycanla həmsərhəd yaşayış məntəqələrini qaytarmaq üçün Kərki kəndinə hazırlaşır. Plan çərçivəsində, Qarabağdan köçürüləcək ermənilərə mənzil sertifikatları veriləcək və yaşayış məntəqələri təyin edilmişdir. Hazırda kənddə 42 ailə yaşayır və 4 anklav kəndin qaytarılması planlaşdırılır.
199534
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.