Azərbaycan və İran arasında elektroenergetika əməkdaşlığı müzakirə edildi

Hazırda oxunan: Azərbaycan və İran arasında elektroenergetika əməkdaşlığı müzakirə edildi

1995

Azərbaycan və İran arasında energetika sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edildiyi görüş keçirilib.

Bizim.Media xəbər verir ki,  Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, Energetika naziri Pərviz Şahbazov ilə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi arasında videokonfrans formatında görüş keçirilib.

Nazir səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edib, ona uğurlar arzulayıb. Daha sonra səfirə Ermənistanın son hərbi təxribatları və Azərbaycanın öz ərazisində apardığı əks-hücum əməliyyatları barədə məlumat verilib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və kəndlərinə ağır artilleriya və raket qurğuları vasitəsi ilə hücumları nəticəsində 27 sentyabr tarixindən bu günədək 91 mülki şəxs qətlə yetirilib, 400 nəfərdən çox yaralanıb.

Səfir Ermənistanın hərbi təxribatları nəticəsində Gəncə, Bərdə, Tərtər şəhərlərində, həmçinin münaqişə zonasından kənar digər bölgələrdə həlak olanlarla bağlı Azərbaycan xalqına, şəhid ailələrinə və yaxınlarına başsağlığını çatdırıb. Ölkəsinin rəsmi mövqeyinin dəyişməz qaldığını bildirərək, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin vacibliyini qeyd edib.

O, eyni zamanda, Azərbaycanın işğal altında olan torpaqlarının Azərbaycan ordusu tərəfindən işğaldan azad edilməsi münasibəti ilə təbriklərini çatdırıb.

P.Şahbazov hazırda İranla birgə həyata keçirilən layihələr, onların icra vəziyyəti və görülən işlər barədə fikirlərini bildirib, illərdir davam edən uğurlu əməkdaşlığa səfir Seyid Abbas Musəvinin töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə İranla neft-qaz, elektroenergetika sahələrində əməkdaşlığın mövcud vəziyyəti, birgə layihələrin icrası və digər məsələlər müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin