Prezident Türkiyə səfirini belə qarşıladı: \'\'Azərbaycana - Vətəninizə xoş gəlmisiniz\'\'

Hazırda oxunan: Prezident Türkiyə səfirini belə qarşıladı: \'\'Azərbaycana - Vətəninizə xoş gəlmisiniz\'\'

19911

''İkinci Qarabağ müharibəsində Qələbəmiz əlbəttə ki, bölgədə yeni bir reallıq yaratdı. Türkiyə və Azərbaycan bölgədə öz imkanlarını genişləndirdilər, bizim rolumuz, təsir imkanlarımız artdı və artacaq. Birgə həyata keçirdiyimiz bütün layihələr, təşəbbüslər bölgədə sabitliyin, sülhün təmin edilməsi üçün önəmli rol oynayır''.

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı yeni təyin edilən fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının etimadnaməsini qəbul edərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Türkiyə və Serbiya səfirlərinin etimadnaməsini qəbul edib - FOTO


Dövlət başçısı bildirib ki, Türkiyə-Azərbaycan əlaqələrinin təməlində xalqlarımızın qardaşlığı və liderlərin siyasi iradəsi dayanır:

''Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da bütün məsələlərdə bir-birini dəstəkləyəcək, bütün məsələlərdə bir-birinin yanında olacaq və öz əməli işləri, addımları ilə yaşadığımız bölgədə sülhün bərqərar olmasında səylərini davam etdirəcəklər.

Mən əminəm ki, siz fəaliyyətiniz müddətində bu əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərinizi göstərəcəksiniz. Sizə uğurlar arzulayıram və “Azərbaycana – Vətəninizə xoş gəlmisiniz!” deyirəm''.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin