Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musaraya təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, mətndə deyilir:
"Hörmətli xanım Prezident.
Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Sloveniya münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Sloveniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:14 / 25.06.2024
İlham Əliyev sloveniyalı həmkarını TƏBRİK ETDİ
Hazırda oxunan: İlham Əliyev sloveniyalı həmkarını TƏBRİK ETDİ
Hazırda oxunan: İlham Əliyev sloveniyalı həmkarını TƏBRİK ETDİ
İlham Əliyev'in Sloveniya Respublikası Prezidenti Nataşa Pirts Musaraya təbrik məktubu haqqında xəbər.
198917
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.