YAP-ın siyahısı hazırdır - 34 deputat mandatsız qalacaq

Hazırda oxunan: YAP-ın siyahısı hazırdır - 34 deputat mandatsız qalacaq

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) parlamentin buraxılması üçün dövlət başçısına müraciət etməsi ölkənin siyasi həyatında əməlli-başlı canlanma yaradıb. Deputatların növbədənkənar parlament seçkilərində irəli sürülməyəcəyini açıqlayıb. Müxalifət partiyalarının da seçkilərə iştirak mövqelərini ortaya qoyması gözlənilir.
198797

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) parlamentin buraxılması üçün dövlət başçısına müraciət etməsi ölkənin siyasi həyatında əməlli-başlı canlanma yaradıb. Qanunverici orqanda təmsil olunmaq istəyən ictimai-siyasi xadimlər artıq iddialarını ortaya qoymağa başlayıblar. 

Bizim.Media “Yenisabah.az”a istinadən xəbər verir ki, hakim partiya ilə yanaşı, aparıcı müxalifət təşkilatları da növbədənkənar parlament seçkilərində iştirakla bağlı mövqelərini ortaya qoyublar.

Müsavat, KXCP, Ümid, ADP, ReAL kimi tanınmış müxalifət partiyaları seçki marafonuna qoşulacaqlarını gizlətməyiblər. Amma hakim partiyanın seçkilərə daha ciddi hazırlaşdığı bildirilir. 

Hazırda YAP-ı Milli Məclisdə təmsil edən deputatlardan biri bizimlə söhbət zamanı iqtidar partiyasından mübarizəyə qoşulacaq namizədlərin siyahısının təxminən hazır olduğunu bildirib. Onun sözlərinə görə, iqtidar partiyası növbədənkənar parlament seçkilərinə qatılacaq namizədlərin siyahısını ən azı 3 ay əvvəldən müəyyənləşdirməyə başlayıb. 

Mənbə deyib ki, YAP bu dəfə öz deputatlarına qarşı amansız davranıb. Onun sözlərinə görə, hazırda hakim partiyanı qanunverici orqanda təmsil edən parlamentarilərin təxminən yarısı mandatsız qalacaq.
Müsahibimiz hazırda Milli Məclisdə YAP-ı təmsil edən 34 deputatın namizədliyinin növbədənkənar parlament seçkilərində irəli sürülməyəcəyini bildirib. Bu şəxslər ən müxtəlif yaş kateqoriyalarını təmsil edən millət vəkilləridir. Qarşısına sədd çəkilənlərin arasında həm yaşlı, həm orta, həm də gənc nəsli təmsil edən deputatlar var. 

“Hakim partiyanın rəhbərliyi namizədləri yaşına, nüfuzuna deyil, işgüzar keyfiyyətlərinə görə müəyyənləşdirib. Siyahı açıqlananda özünüz də bunun şahidi olacaqsınız. YAP-ın namizədlər siyahısında yaşı 70-i ötmüş ən azı 5-6 nəfər olacaq. Elə gənc deputatlar da var ki, bu dəfə “oyundankənar” vəziyyətdə qalacaqlar”, - deyə məlumatlı şəxs bildirib.  

Sonda müsahibimiz iqtidar partiyasının namizədlərinin arasında bir neçə ictimai xadimin, mədəniyyət və ədəbiyyat adamının da olacağını vurğulayıb.

Onun sözlərinə görə, YAP cəmiyyətdə nüfuz sahibi olan bir neçə nəfər tanınmış elm, mədəniyyət və ədəbiyyat adamının namizədliyini dəstəkləməyə qərar verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin