Dağıstanda nə baş VERİR? – Rusiyanı Şimali Qafqazda “vurmaq” planının PƏRDƏARXASI

Hazırda oxunan: Dağıstanda nə baş VERİR? – Rusiyanı Şimali Qafqazda “vurmaq” planının PƏRDƏARXASI

Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərində baş verən terror aktında 15-dən çox polis həlak olub. Dağıstandakı hadisələrin arxasında kimlər və hansı səbəblər dayanır? Politoloklar və ekspertlər nə deyirlər? Mövzu ilə bağlı Ətraflı məlumat Bizim.Media-da.
198794

Xəbər verdiyimiz kimi, ötən bazar günü Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutublar. Hadisə Moskva vaxtı ilə təxminən saat 18:00-da baş verib. 25 nəfər xəsarət alıb. Terror aktı nəticəsində 15-dən çox polis əməkdaşının həyatına son qoyulub. Bundan başqa 24, 25 və 26 iyun Dağıstanda matəm günləri elan edilib. 

Görəsən, Dağıstandakı hadisələrin arxasında kimlər və hansı səbəblər dayanır?
 

MÖVZU İLƏ BAĞLI:

Dağıstanda 15-dən çox polis həlak olub - VİDEO


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Abutalıb Səmədovun fikrincə, Moskva ətrafında terroru törədənlərlə Dağıstandakı terrorun sifarişçiləri yaxın, hətta ola bilsin eyni qüvvələrdir: 

“Ukrayna müharibəsi davam etdikcə Rusiya əleyhdarlarının fəallaşacağı və onların şimal ölkəsinə müxtəlif istiqamətlərdən zərbələr vuracağı şübhə doğurmur. Dağıstan hadisəsindən əvvəl, Moskva ətrafında terror aktı baş verdi. Bəlli idiki, həmin prosesdə maraqlı olan qüvvələr bununla kifayətlənməyəcəklər. 

Dağıstanda kilsə və sinaqoqa, ardınca da yol polisi postuna basqınlar göstərir ki, Rusiyanın nisbətən zəif yeri olan Şimali Qafqaz respublikalarında bu cür terror aktlarını həyata keçirmək ehtimalı daha çoxdur. Aydındır ki, Moskvadakı terror aktı ilə Dağıstandakı olayın sifarişçiləri yaxın qüvvələrdir. Hətta ola bilər ki, eyni qüvvələr də olsun”. 

Ekspert düşünür ki, Rusiya Ukraynaya qarşı müharibəni dayandırmadıqca, zəif qüvvələrin də terrordan başqa çıxış yolu qalmır: 

“Çünki açıq vuruşmada Rusiyaya qarşı dayanmaq mümkünsüzdür. Bu səbəbdən Rusiya baş verən terror aktlarından düzgün nəticə çıxarmalı və ədalətli sülhə nail olmaq üçün əlindən gələni etməlidir. Öz vətəndaşının əmin-amanlığını, həyatını düşünən dövlət bu cür davranmalıdır. İnsanlara dəyər verməyən hakimiyyətlər təbii ki, terror aktlarına da lazımi diqqət göstərməyəcək. Belədə terror aktlarının bundan sonra baş vermə ehtimalı da qalmaqdadır”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin