Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi hazırlanıb.
Bizim.Media xəbər verir ki, qərarın mətnini parlamentə Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev təqdim edib.
Qərar səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, iyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında YAP-ı Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.
Parlamentin bu gün keçirilən iclasında isə Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:07 / 21.06.2024
Milli Məclisin Prezidentə müraciəti ilə bağlı qərar QƏBUL EDİLDİ
Hazırda oxunan: Milli Məclisin Prezidentə müraciəti ilə bağlı qərar QƏBUL EDİLDİ
Hazırda oxunan: Milli Məclisin Prezidentə müraciəti ilə bağlı qərar QƏBUL EDİLDİ
Milli Məclisin Prezidentə müraciəti ilə bağlı qərar layihəsi hazırlandı. Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə növbədənkənar seçkilərin təyin edilməsi məsələsi gündəmdədir.
198300
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.