Zahid Oruc: “Partiyaların parlament seçkilərinin keçirilməsinə dair ortaq mövqeyi var”

Hazırda oxunan: Zahid Oruc: “Partiyaların parlament seçkilərinin keçirilməsinə dair ortaq mövqeyi var”

Zahid Orucun deputat kimi Milli Məclis iclasında çıxışı zamanı partiyaların parlament seçkilərinin keçirilməsinə dair fikirlərini açıqladığı haqqında məlumat.
198294

“1990-cı ilin parlament seçkiləri də daxil olmaqla, son 34 ildə bütün çağırış  qanunvericilik hakimiyyəti, o cümlədən ali icra və yerli özünüidarə orqanları ölkəmizin 20 faizlik natamam ərazilərində formalaşıb və işğal faktı millətimizin siyasi hüquqlarını tam gerçəkləşdirməyə imkan verməyib. Xankəndi Zəfərindən sonra xalqımız  Qələbənin əsas müəllifi İlham Əliyevə 44 günlük müharibədə göstərdiyi yüksək etimadı-əslində qeyri-rəsmi referendumu 7 fevral 2024-cü ildə rəsmiləşdirdi”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında çıxışı zamanı İnsan hüquqları komitəsinin sədri Zahir Oruc səsləndirib. 

“Xatırlayırsınız, o zaman erkən prezident seçkiləri əleyhinə çıxan azsaylı qrupların əsas arqumenti-“sülhməramlı qüvvələrin çıxmayacağına görədir” tezisi cəmi iki ay sonra-aprelin 17-də iflasa uğradı və ölkəmiz geosiyasi təhlükələri qabaqladı, Qarabağdan və etnik separatizmdən əli çıxan qüvvələrin 2025-ci ilə hazırladıqları təxribat planlarını pozdu. 

Fərqlərinə baxmayaraq, Almaniyada 1990-cı ildə birləşmədən sonra bütün idarəçilik sistemi təzədən formalaşmışdı, ona görə 7 fevral 2024-cü ildə ali icra hakimiyyətindən sonra qalib dövlət  başçısının tam siyasi, hüquqi  və mənəvi haqqı vardı, seçkiləri təyin edərək bütün hakimiyyət orqanlarını yeniləsin. Hətta qlobal COP29 tədbiri olmasaydı belə, son prezident seçkilərinin səhəri günü qalib liderin ölkənin idarəçilik sistemini Qələbəyə uyğunlaşdırmaya ixtiyarı vardı. Konstitusiyanın 98-ci maddəsinin 1-ci bəndi  prezidentə belə bir səlahiyyəti verdiyi üçün hakim partiyanın müraciətini hər birimiz müdafiə edirik”, - deyə deputat əlavə edib. 

Zahid Orucun sözlərinə görə, son bir əsrdə ilk dəfədir ki, 2024-cü ildə 78 ölkədə 84 milli seçkilər keçiriləcək:  

“Onların bir çoxu hazırki xaosdan özünü qorumağa hesablanıb. 90-cı illərin Azərbaycan parlamenti dövlət çevrilişlərinin əsas binası, siyasi minalı məkan idi. İndi Ukraynada seçkilərin taleyi nə vaxt qurtaracağı bilinməyən müharibədən asılı qalıb, xalqın səsini silah səsləri, bülletenləri çağırış vərəqələri əvəzləyib. Fransada hakim partiya avroseçkiləri uduzduğu üçün növbədənkənarlığa əl atıb.
Britaniyada da oxşar vəziyyətdir. Lakin ölkəmizdə nəinki hər hansı siyasi fövqəladəlik və böhran yoxdur, əksinə əksər ictimai-siyasi qüvvələrin, ideologiyaları bir-birindən fərqli partiyaların yeni parlament seçkilərinin keçirilməsinə dair ortaq mövqeyi var”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin