​​​​​​​Filippin səfiri: “Beynəlxalq tədbirlərin öhdəsindən gələn Bakı COP29-u da yüksək səviyyədə keçirəcək”

Hazırda oxunan: ​​​​​​​Filippin səfiri: “Beynəlxalq tədbirlərin öhdəsindən gələn Bakı COP29-u da yüksək səviyyədə keçirəcək”

197984

Azərbaycanın ev sahibliyi ilə Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qatılmağı səbirsizliklə gözləyirik, çünki sularla əhatə olunan Filippin arxipelaqı iqlimə çox həssasdır.

Bizim.Media xəbər verir ki, bunu “report”un Ankara bürosuna Filipinin Azərbaycan üzrə qeyri-rezident səfiri (iqamətgahı Ankarada yerləşir) Henri Bensurto bildirib.

Səfir deyib ki, ətraf mühit məsələləri və iqlim dəyişmələri Filippin üçün olduqca önəmlidir: “İqlim dəyişmələri ilk növbədə adalara öz təsirini göstərir. Eyni zamanda, düşünürəm ki, iqlim dəyişmələri sadəcə, ölkəmiz üçün deyil, bütün dünya üçün böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən COP29 çox yaxşı bir platformadır”.
Səfir hesab edir ki, Bakı bu beynəlxalq tədbirlə bütün dünyanın diqqətini problemlərin həllinə yönəldəcək: “Bakı bu günə qədər bir sıra beynəlxalq tədbirlərin öhdəsindən uğurla gəlib. İnanıram ki, beynəlxalq əhəmiyyətli tədbir olan COP29-u da yüksək səviyyədə keçirəcək.

Filippin olaraq biz də bu tədbirdə iştirak edəcəyik və bütün müzakirələrə öz dəstəyimizi verəcəyik. Bu baxımdan, biz Azərbaycan ilə hər zaman koordinasiya halında əməkdaşlıq edirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin