Prezidentin Cəbrayıldan Operativ Qərargaha göndərdiyi mesaj....

Hazırda oxunan: Prezidentin Cəbrayıldan Operativ Qərargaha göndərdiyi mesaj....

19798

“Ölkə prezidenti işğaldan azad olunmuş ərazilərdəki hərbi hissədəki əsgərlərimizin idman zalında ağırlıq alətlərini qaldırmaqla yalnız idmana, sağlam həyata insanların maraq göstərməsini təbliğ etmədi. Həm də Operativ Qərargaha mesaj göndərdi ki, idman zallarını açmaq lazımdır ki, insanlar normal şəkildə idmanla məşğul ola bilsinlər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa feysbuk səhifəsindəki paylaşımında qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev idman etdi - VİDEO 


“Prezident hər məsələ ilə bağlı fərman, sərəncam verməz ki? Bəzən ifadələrlə, jestlərə anlatmağa çalışır ki, nələri etmək vacibdir. Bizdə çevik jurnalistika da yoxa çıxmış kimidir.

Olsaydı, Operativ Qərargahdakı səlahiyyət sahiblərindən ölkə prezidentinin idmanla bağlı verdiyi mesajı necə anladıqlarını dərhal soruşardılar.

Görək Prezidentin bu anlamlı davranışından doğru nəticə çıxarıb açacaqlarmı idman zallarını? Yoxsa absurd yanaşmanı bundan sonra da davam etdirəcəklər?

Qapalı idman zallarının bağlı saxlanmasının pandemiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Birbaşa idraksızlıqla bağlı məsələdir. Əks halda bu qərarın indiyədək normal izahını verərdilər”-deyə deputat vurğulayıb.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin