Azərbaycan BRİKS+ ölkələrinin forumunda iştirak edəcək

Hazırda oxunan: Azərbaycan BRİKS+ ölkələrinin forumunda iştirak edəcək

197968

Azərbaycan təmsilçiləri iyunun 21-də Kazanda keçiriləcək BRİKS+ ölkələrinin şəhərlərinin forumunda iştirak edəcəklər. Tədbirdə 21 ölkədən 200-ə yaxın mer, vitse-mer və bələdiyyə başçıları iştirak edəcək. Forum iştirakçıları “BRICS+ Ölkələrinin Şəhərlər və Bələdiyyələr Assosiasiyası” adlanacaq yeni təşkilatın yaradılmasını müzakirə edəcəklər.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumatda deyilir ki, forum zamanı qurumun rəhbər heyəti seçiləcək, perspektiv iş planı müəyyənləşdiriləcək və ümumi layihələri müzakirə ediləcək. Tədbir Kazan meriyasında baş tutacaq. Təşkilatçıların fikrincə, yeni qurum iqtisadiyyat, mədəniyyət, ekologiya və təhsil sahələrində əməkdaşlığı gücləndirəcək, eyni zamanda bələdiyyə rəhbərləri üçün bilik və təcrübə mübadiləsi platformasına çevriləcək. İştirakçılar sonradan bu təcrübəni öz şəhərlərində həyata keçirə biləcəklər. Yeni təşkilata və Foruma maraq göstərən ölkələr arasında ən böyük nümayəndə heyətləri Çin, Qazaxıstan, İran, Hindistan, Braziliya və Cənubi Afrika Respublikası tərəfindən göndəriləcək. Çili və Argentinadan da nümayəndələr gələcək. Postsovet məkanı ölkələri arasında Belarus, Özbəkistan və Tacikistan təmsil olunacaq.

Qeyd edək ki, BRICS+ doqquz dövlətin birliyidir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir və Efiopiya. Təşkilat 2006-cı ilin iyununda Braziliya, Rusiya, Hindistan və Çinin iqtisadiyyat nazirlərinin iştirakı ilə Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində yaradılıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin