Ermənistan daha 4 kəndi Azərbaycana təhvil verməyə HAZIRLAŞIR

Hazırda oxunan: Ermənistan daha 4 kəndi Azərbaycana təhvil verməyə HAZIRLAŞIR

197903

Ermənistan hakimiyyəti anklavları Azərbaycana verməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan yazıb.

Onun sözlərinə görə, baş nazir Nikol Paşinyanın Zəngəzur (Sünik) səfərindən sonra digər bölgələrə də səfərlər olacaq, bu səfərlərin məqsədi referenduma hazırlıqdır.

“Fakt budur ki, Azərbaycanla əldə olunan razılaşmaya əsasən, Ermənistan hakimiyyəti daha 4 kəndi Bakıya təslim etməyi planlaşdırır: Ararat bölgəsindəki Tiqranaşen (Kərki - red.), Tavuşda Sofulu, Barxudarlu və Verin Voskepar (Yuxarı Əskipara - red.)”, - deyə Abrahamyan yazıb.

"Nəzərə alsaq ki, Ermənistan qanunvericiliyinə görə, bu kəndlər ölkənin ərazi bütövlüyünün tərkib hissəsidir, onların təslim edilməsi yalnız referendum yolu ilə ola bilər" - erməni deputat yazıb.

Qeyd edək ki, Paşinyan bir neçə gün əvvəl Azərbaycanla sərhədin delimitasiyası prosesində referendumun keçiriləcəyini istisna etməyib.

Xatırladaq ki, 19 aprel 2024-cü il tarixində sərhəddə Azərbaycan və Ermənistanın Baş nazir müavinləri Şahin Mustafayevin və Mqer Qriqoryanın sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.
Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib. 24 may 2024-cü il tarixində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin