Fransa Cənubi Qafqazda təxribat planlarından niyə ƏL ÇƏKMİR? – ŞƏRH 

Hazırda oxunan: Fransa Cənubi Qafqazda təxribat planlarından niyə ƏL ÇƏKMİR? – ŞƏRH 

Fransa Ermənistana silahlandırmağa davam edərək Cənubi Qafqazda gərginlik yaradır. Partiya sədri Fərəc Quliyev Fransanın bu addımını türk dünyasına qarşı gələcəkdə ciddi təhlükə kimi qiymətləndirir və Azərbaycanın etirazını öyrədilir. Rüfət Sultanın Bizim.Media-ya açıqladığı fikirlərə əsaslanaraq, Fransanın Ermənistanı silahlandırması türk düşmənçiliyindən irəli gəlir və buna qarşı qarşıya qalmaq lazımdır.

197288

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan ilə Fransa Quru Qoşunlarının komandanı general Pyer Çil arasında keçirilən görüşün yekunlarına dair bəyanat yayılıb. Burada əməkdaşlığın gələcək inkişafı, xüsusilə təcrübə mübadiləsi və kadr hazırlığı sahəsində məsələlər müzakirə edilib. Əməkdaşlığın gələcək inkişafı ilə bağlı razılıqlar əldə olunduğu bildirilir.

Görünən odur ki, Fransa Ermənistanı silahlandırmağa davam edir. Bu isə regionda gərginliyin daha da kəskinləşdirilməsinə yönəlik addımdır.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirir ki, Fransanın Ermənistanı silahlandırması erməni sevgisindən irəli gəlmir, sadəcə olaraq, İrəvandan Azərbaycana, türk dünyasına qarşı maşa kimi istifadə etməyə çalışırlar: 

“Fransanın Ermənistanla hərbi sahədə əməkdaşlığı təbii ki, Azərbaycanı narahat edir. Çünki Paris mütəmadi olaraq Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir. Digər tərəfdən Ermənistan hələlik Azərbaycanla sülh sazişi imzalamayıb. Ermənistan Konstitusiyasında da Azərbaycana ərazi iddiaları yer alır. Bu isə Azərbaycana təhdiddir. 

Belə vəziyyətdə Azərbaycanın Ermənistanda denasifikasiya və demilitarizasiya tədbirləri görmək hüququ var. Belə bir vəziyyətdə Ermənistanın hansı ad altında olursa-olsun silahlandırılması tərəfimizdən qəbul edilən deyil. Paris hələ də türk düşmənçiliyini davam etdirir. Onlar Türkiyəni parçalamaq niyyətlərini bu gün başqa formada reallaşdırmağa çalışırlar”. 

Partiya sədri qeyd edir ki, Paris Türkiyə-Fransa mübarizəsində məğlub olub: 

“Nəinki Cənubi Qafqazda, Afrikanın şimalında, Şərqdə, Avropanın özündə belə Fransanın mövqeyi xeyli zəifləyib. Türkiyə isə bölgə dövlətindən dünya gücünə çevrilməyə başlayıb. Belə vəziyyətdə Paris çalışır ki, Azərbaycan Türkiyə tandeminə qarşı ən müxtəlif alətlərdən istifadə etsin. 

Fransanın Ermənistana daxil olması əslində Türkiyə və Azərbaycan sərhədinə daxil olmaq deməkdir. Bununla Paris türk dünyasının bütövləşməsinə maneə olmağa çalışır. Fransanın Ermənistanda tədbirlər təlimlər, təcrübə mübadiləsi keçirməsi də onların bir formada Ermənistana daxil olması deməkdir. Növbəti mərhələdə həmin kontingent Ermənistanda qalaraq, burada möhkəmlənəcək. Məqsədləri bölgəyə daxil olmaqdır”. 

Həmsöhbətimiz deyir ki, Azərbaycan buna etirazını bildirməlidir:

“Ermənistanın silahlanmasının qarşısını almaq üçün ona və onu silahlandıranlara xəbərdarlıq etməli, ayıq-sayıq olmalıyıq. Fransanın Ermənistanı silahlandırması erməni sevgisindən irəli gəlmir. Sadəcə olaraq, Ermənistandan Azərbaycana, türk dünyasına qarşı maşa kimi istifadə etməyə çalışırlar”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin