Qərb Cənubi Qafqazda yenidən AKTİVLƏŞİR – Məqsəd sülhdür, yoxsa...

Hazırda oxunan: Qərb Cənubi Qafqazda yenidən AKTİVLƏŞİR – Məqsəd sülhdür, yoxsa...

Qərb Cənubi Qafqaz regionunda aktivləşir və artan səfərlər diplomatik maraqlarını göstərir. Politoloq Tural İsmayılov, ABŞ rəsmilərinin səfərləri və mövqe tutumuna dair fikirlərini Bizim.Media-ya açıqlayıb.

196759

Son zamanlar ABŞ rəsmilərinin Cənubi Qafqaz regionuna səfərləri intensivləşib. Bu xüsusda əsasən də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn seçilir. Bir müddət əvvəl o, Azərbaycan və Ermənistanda səfərdə olub. İndi isə növbəti dəfə Ermənistana gəlib. İntensivləşən bu səfərlər onu deməyə əsas verir ki, ABŞ başda olmaqla Qərb regiona marağını artırıb. 

Görəsən, Qərb regionumuzla bağlı indi hansı planlar qurur?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, ABŞ rəsmilərinin regiona artan ardıcıl səfərləri onun Cənubi Qafqazda daha da fəallaşmaq planlarından xəbər verir: 

“Bütövlükdə nəzərə almaq lazımdır ki, ABŞ-ın bölgəmizə marağı son dövrlər xüsusilə artıb. Daha əvvəl də Obraynın həm Azərbaycan, həm də Ermənistana səfərləri gerçəkləşmişdi. İndi növbəti dəfə Ceym Obrayn Ermənistana səfər edib. Bundan əvvəl isə ABŞ Prezidenti Co Bayden Azərbaycan Prezidenti İlham Əliyevə müraciətlər edib. Həm Azərbaycanın Müstəqillik Günü, həm də Bakı Enerji Həftəsi çərçivəsində bu müraciətlərin göndərilməsinin şahidi olduq. Baş verən hadisələrin fonunda görürük ki, Vaşinqtonun bölgəmizə marağı son dövrlər daha da artıb”. 

Həmsöhbətimiz qeyd edir ki, Vaşinqton formatı Bakı ilə İrəvan arasında bir müddət uğurla tətbiq edildi:

“Dövlət katibi Entoni Blinkenin moderatorluğu altında Amerikanın müxtəlif beyin mərkəzlərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bir neçə dəfə ardıcıl silsilə görüşləri keçirildi. Təbii ki, bu qarşılıqlı əlaqə və görüşlər iki ölkə arasındakı münasibətlərin daha irəli daşınması üçün müəyyən pozitiv məqamları özündə ehtiva edib”.

Ekspert bildirir ki, ABŞ bundan sonra daha obyektiv mövqe tutarsa, Azərbaycanla Ermənistan arasında ayrıseçkilik etməzsə, bu fonda Vaşinqtonun uğurlu vasitəçilik və moderatorluq missiyasına inana bilərik: 

“Hər halda ABŞ rəsmiləri tərəfindən regiona edilən bu ardıcıl səfərlər Qərbin Cənubi Qafqazda daha fəal olmaq planlarından xəbər verir. Onların bu cəhdləri uğurlu da, uğursuz da ola bilər. Məsələn, Fransanın timsalında bölgə ilə bağlı Parisin uğursuz təxribat planlarına şahidlik edirik. ABŞ isə əksinə, son dövrlər bölgə ilə bağlı daha diqqətli və ehtiyatlı mövqe tutmağa çalışır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin