Azərbaycan Qərbi reallıqlarla barışmağa MƏCBUR ETDİ – Ermənistan isə... – TƏHLİL 

Hazırda oxunan: Azərbaycan Qərbi reallıqlarla barışmağa MƏCBUR ETDİ – Ermənistan isə... – TƏHLİL 

Azərbaycan Qərbi reallıqlarla barışmağa MƏCBUR ETDİ – Ermənistan isə... – TƏHLİL. ABŞ və Fransa Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olmasını dəstəkləyir. Çıxışda Azərbaycanın reallığı diqetə çəkilir və Azərbaycanın siyasi və diplomatik uğurları vurğulanır.
196745

Xəbər verdiyimiz kimi, ötən həftənin şənbə günü ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makron Parisdə danışıqların yekunlarına dair birgə bəyanatlarında Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olmasının tərəfdarı olduqlarını bildiriblər.

Birgə bəyanatda qeyd olunub ki, region xalqlarının rifahı naminə ABŞ və Fransa Cənubi Qafqazda beynəlxalq hüquqa, eləcə də suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanan ədalətli və davamlı sülhün bərqərar olmasını dəstəkləyirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Qərbin intiqam PLANI – Gürcüstanda hakimiyyət çevrilişi HAZIRLANIR?


Qeyd etmək lazımdır ki, birgə bəyanat bu vaxtadək səslənən bəyanatlardan tamamilə fərqlənir. ABŞ və Fransa liderləri bu bəyanatla açıq şəkildə etiraf etdilər ki, Cənubi Qafqazdakı yeni reallıqlarla barışmaq məcburiyyətindədirlər. 

Bu reallığı diqtə edən tərəfsə Azərbaycandır. 

Artıq heç kimə sirr deyil ki, regionda qüvvələr balansı Azərbaycanın xeyrinə dəyişib. Bu da ilk növbədə Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycanın günbəgün artan iqtisadi qüdrəti sayəsində baş verir. Göründüyü kimi, ölkəmizin geosiyasi çəkisi günbəgün artır və bunu da dünya gücləri nəinki, dərk edir, həm də qəbullanırlar. Həm də Azərbaycanın addımları beynəlxalq hüquqa əsaslanır.

Məhz buna görə də Azərbaycan heç bir addımında qarşı tərəfə ipucu vermir. Halbuki, biz əvvəlki dövrlərdə Qərbin ikibaşlı bəyanatlarını çox eşitmişik. Bir qayda olaraq, Qərbdən gələn bütün bəyanatların mətnində “millətlərin öz müqəddəratını təyin etmək hüququ” ifadəsi yer alırdı. Amma son bəyanatda bu barədə bir kəlmə belə yoxdur. 

Bu Azərbaycanın növbəti siyasi və diplomatik uğurudur.

Nəzərə alaq ki, 1992-ci ildən 2020-ci ilə qədər ABŞ və Avropa Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hər zaman ikibaşlı danışıb. Azərbaycanın ərazi bütövlüyünyün bərpası ilə yanaşı “millətlərin öz müqəddəratını təyin etmək hüququ”nu da qeyd ediblər.

Nəhayət, Qərb bütün stereotepləri “qırıb”. İlk dəfə məsələyə ölkələrin ərazi bütövlüyü prizmasından yanaşılıb. Bununla da Ermənistanın ən son gözləntiləri də suya düşüb. Baxmayaraq ki, Qərb bu məsələdə hər zaman Ermənistanın yanında dayanıb.  Bu məsələdə Fransanın münasibəti daha subyektiv və qərəzli olub. 

Emmanuel Makronsa Ermənistanın işğalçılıq siyasətini dəstəkləməkdə daha da irəli gedib.

Onun 44 günlük müharibədə Azərbaycan ordusunun zəfər yürüşünü dayandırmaq üçün necə dəridən-qabıqdan çıxdığı hər kəsin xatirindədir. Bu azmış kimi Makron ölkəmiz haqqında açıq-aşkar yalan, şər kampaniyası aparıb. Təbii ki, bu məsələdə Fransa Milli Assambleyası da Makrona az dəstək verməyib.

Xatırladaq ki, Fransa Senatı öz ölkəsinin hökumətini “Dağlıq Qarabağı” tanımağa çağıran qətnamə qəbul etmişdi. Qətnamənin lehinə 305 senator, əleyhinə isə 1 senator səs vermişdi. Üstəlik, o vaxta qədər Fransanın bir çox şəhərləri müvəqqəti olaraq erməni işğalı altında olan Qarabağın müxtəlif yaşayış məntəqələri ilə qardaşlaşma müqavilələri imzalamışdı. 
Təbii ki, fransızların əsl hədəfi Azərbaycan torpaqlarında növbəti Ermənistan dövləti yaratmaq idi.

Təsadüfi deyil ki, 44 günlük müharibədən sonra da Fransa daha aqressiv oldu. Azərbaycana qarşı açıq diplomatik cəbhə açdı və öz imkanlarından istifadə edərək rəsmi Paris Avropa Parlamentində də Azərbaycana qarşı sərsəm iddialar irəli sürdürdü. Ən əsası isə Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh müharibəsinə əngəl olmağa çalışdı. Bunun üçünsə bütün yollara əl atan rəsmi Paris danışıqlar prosesində tərəf və yaxud vasitəçi kimi çıxış etmək istədi. 

Lakin Azərbaycanın qətiyyəti sayəsində Yelisey Sarayaındakıların qərəzli planı pozuldu və Azərbaycan addım-addım öz istəyinə doğru getdi. 

Təbii ki, bu məsələdə ABŞ da hər zaman subyektiv mövqedən çıxış edib. Doğrudur Vaşinqton öz niyyətlərini Paris kimi açıq və qərəzli şəkildə ortaya qoymayıb. Amma dolayısı ilə Ermənistan dəstəkləyib, Azərbaycanın haqq işinə əngəl törədib. Bu məsələdə ABŞ Senatının üzvləri və QHT-lər xüsusilə fəal olublar. Amma bütün hallarda bu kimi mənfur təşəbbüslər suya düşüb.

Nəticə ortadadır.

Artıq ABŞ və Fransa prezidentlərinin bəyanatlarında Ermənistanda hələ də qisasçılıq düşüncəsi ilə yaşayanlara ümid verəcək heç nə yoxdur. Yyəqin ki, bundan sonra da heç vaxt mövcud olmayacaq. Oyun artıq bitdi. 

Təbii ki, bu oyunbazlıqda ən çox itirən Ermənistan oldu. Əgər Ermənistan 2020-ci ildə 10 noyabr bəyanatının müddəalarına əməl etsə idi, bəlkə də bu gün mənzərə bir qədər fərqli ola bilərdi. Amma rəsmi İrəvan Qərbin vədlərinə inananaq öz təxribatlarından əl çəkmədi. 

Nəticədə isə Azərbaycan son və qəti addımı atdı. 

19 sentyabr 2023-cü ildə Qarabağda  lokal antiterror tədbirləri keçirildi. Və şeytan ocağı birdəfəlik yer üzündən silinib atıldı. Artıq Xankəndi  və digər Qarabağ torpaqlarında Azərbaycanın suveren hüquqları bərpa olunub. Qarabağ məsələsi birdəfəlik öz ədalətli həllini tapıb. 

Təsadüfi deyil ki, ABŞ və Fransa prezidentlərinin son bəyanatında da bu məsələyə qətiyyən toxunulmayıb. Bu isə Azərbaycanın növbəti siyasi qələbəsidir. Artıq Qərb Azərbaycan qarşısında Ermənistanı müdafiə etmək məsələsindən geri çəkilir. 

Bu da o deməkdir ki, artıq hər şey Ermənistanın öz əlindədir. Əgər Ermənistan var olmaq, tarixdə qalmaq istəyirsə Azərbaycanın ədalətli mövqeyi ilə barışmalıdır. Əks-təqdirdə nə ABŞ, nə də Fransa Ermənistana görə Azərbaycanla üz-üzə gələcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin