“İlqar Məmmədov həbsxanadan çıxandan sonra məntiqini itirib” – Razi Nurullayev 

Hazırda oxunan: “İlqar Məmmədov həbsxanadan çıxandan sonra məntiqini itirib” – Razi Nurullayev 

19668

“Mənasız danışır. Ümumiyyətlə mənə elə gəlir ki, o, həbsdən çıxandan sonra bəzən məntiqini tam itirmiş kimi görünür. Mən buna təəssüf edirəm. Doğrudan da onun ehtiyacı varsa, dövlət də kömək edə bilər. Biz də kimdənsə xahiş edə bilərik ki, müalicəyə göndərilsin. Ya da müalicə üçün kömək edək ona. Bu bir...”

Bu sözləri Bizim.Media-ya açıqlayan millət vəkili Razi Nurullayev ikinci məqama da toxundu.
 

MÖVZU İLƏ BAĞLI:

Fəzail Ağamalıdan İlqar Məmmədova CAVAB – “Millət vəkili icra başçısı ilə ortaq olub?”


Milli Cəbhə Partiyasının liderinin sözlərinə görə, icra başçısının millət vəkilinə heç bir aidiyyatı yoxdur:

“İcra başçısını vəzifəyə təyin edən və uzaqlaşdıran Prezidentdir. İcra başçısı deputatın qarşısında heç bir öhdəlik tanımır. İcra başçısının namizədliyini də millət vəkili vermir. Buna görə də, onun dedikləri hüquqi cəhətdən də yanlışdır. Bu gün xeyli deputat var ki, icra başçılarından narazıdır və bunu səsləndiriblər. O baxımdan, bu cür qeyri-ciddi bəyanatlar vermək həm onun özünə ziyanlıdır, həm də onu belə deyək də - siyasətçi kimi nüfuzdan salır. Düşünürəm ki, kim günahkardırsa, cəzalandırılır.
 

Əlavə olaraq qeyd edim ki, onun özünün də (İlqar Məmmədovun) bir millət vəkili (Erkin Qədirli) parlamentdə var.


Mənim üçün çox maraqlıdır ki, İlqar Məmmədov özü deputat olsaydı və təmsil olunduğu ərazidə bir hadisə (icra başçısının millət vəkilinə aidiyyatı yoxdur deyə ölüm, zorlama, kiminsə torpağı əlindən alınsaydı) baş versəydi, onun özü istefa verərdi? Ümumiyyətlə, bu günə qədər neçə dəfə istefa mədəniyyəti nümayiş etdirdiyini də qeyd etsin. Təəssüf edirəm ki, bu cür qeyri-ciddi məsələlərlə məşğuldur”.

Xatırladaq ki, Razi Nurullayev 79 saylı İmişli seçki dairəsi üzrə deputat seçilib. 2020-ci il may ayının 5-də DTX-nın İmişli Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində rayonun o zamankı icra başçısı Vilyam Hacıyev həbs olunub.

REAL Partiyasının lideri İlqar Məmmədov isə “Facebook” səhifəsində status yazıb ki, başçıları həbs olunan rayonları təmsil edən deputatlar da könüllü istefa verməli və yeni seçkilərə qatılmalıdırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin