İranda iyunun 28-də olacaq Prezident seçkilərilə əlaqədar prosesdə iştiraka buraxılan namizədlərin adları artıq bəlli olub.
Prezidentliyə namizədlik üçün müraciət etmiş 80 nəfərdən, cəmi 6-sının, prokuror, keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədi, deputat Məsud Pezeşkiyan, parlament sədrinin keçmiş müavini Əmirhüseyn Qazizadə, Tehran meri Əlireza Zakani, İslam Respublikasının Təhlükəsizlik Şurasında ali rəhbər ayətullah Seyid Əli Xaməneinin nümayəndəsi Səid Cəlili və parlament sədri Məhəmməd Baqir Qalibafın namziədliyi qeydə alınıb.
Onlar kimdir və hansının qalib olmaq şansı daha çoxdur?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın fikrincə, namizədlər arasında 3 nəfərin - Mustafa Purməhəmməd, Səid Cəlili və Məhəmməd Baqer Qalibafın bu və ya digər dərəcədə qalib gəlmək şansları var:
“Seçki kampaniyası qrafikində bəzi məsələlərdə sanki tələskənlik müşahidə olunur. Çünki namizədlərin adlarının iyunun 11 və ya 12-də açıqlanması nəzərdə tutulurdu. Ancaq adlar iyunun 9-da açıqlandı. 6 nəfər namizədə gəldikdə, onların hamısı mövcud siyasi rejimə sadiq insanlar, siyasi fiqurlardır. Qəza nəticəsində həlak olmuş İbrahim Rəisinin hüquq-mühafizə orqanlarında yüksək vəzifələrdə çalışdığını nəzərə alsaq, yeni prezidentin onun keçmiş prokuror və ədliyyə naziri Mustafa Purməhəmmədin olması ehtimalı az deyil. Bununla belə, digər iki namizəd - Səid Cəlili və Məhəmməd Baqer Qalibaf da siyasi yarışda daha şanslı görünürlər”.
Həmsöhbətimizə görə S.Cəlili hakimiyyətdaxili xəttin növbədənkənar seçkidə “kölgə” nümayəndəsi sayılır:
“O, Seyid Əli Xaməneinin etibarlı adamı və “altılıq” ölkələri ilə nüvə danışıqları aparan qrupun başçısı olub. Cəlili Həsən Ruhani hökumətinə özünün “kölgə kabineti” ilə maneələr yaradıb. 2015-ci ilin yayında “altılıq”la əldə olunan razılığa görə, onun hökuməti tənqid edilir. Bu səbəbdən Dini Ekspertlər Şurasına seçkilərdə Ruhaninin namizədliyi qeyd alınmır.
Cəlili Ruhani hökumətinə problem yaradandan sonra Rəisi hökumətinə adamlarını yerləşdirə bilib. O, sonuncu prezident seçkisində İbrahim Rəisinin xeyrinə namizədlikdən imtina edib. Bununla belə, Rəisi kabinetində də onun "kölgə hökuməti" yaratdığı iddia olunur. Bu səbəbdən də Səid Cəlilinin prezident olma şansı daha yüksəkdir”.
Ekspert qeyd edir ki, Məhəmməd Baqer Qalibaf da hakimiyyət üçün şanslı namizədlərdən sayılır:
“O, əvvəlki prezident seçkilərində namizəd olaraq iştirak edib. 2016-cı ildə İbrahim Rəisinin xeyrinə namizədliyini geri götürüb. O, ikinci dəfə parlamentə sədr seçilib. Yeri gəlmişkən, Səid Cəlili farsdır, M.Qalibaf isə kürd və fars qarışığıdır. Parlament sədrinin bu özəlliyindən də istifadə oluna bilər”.
Soltan düşünür ki, daha çox islahatçı kimi tanınan azərbaycanlı Məsud Pezeşkianın namizədliyinin qeydə alınmasını seçkilərdə seçici fəallığına nail olmaq cəhdi kimi qiymətləndirmək olar:
“Çünki Güney Azərbaycan seçiciləri əvvəlki seçkilərdə çox zəif iştirak edib. Hakimiyyət milli təəssübkeşliyə arxalanaraq onun namizədliyini təsdiqləyib. Bundan başqa, Məsud Pezeşkian deputat olarkən parlamentdəki çıxışlarında hakimiyyətin xarici və daxili siyasətini daim tənqid edib.
Beləliklə, Tehran hakimiyyəti bu il daha bir böyük siyasi kampaniya keçirir. Lakin İrandakı vəziyyət əvvəlki illərdən fərqlənir. Xarici və daxili şərtlər onu çalxalayır. Prezident birmənalı olaraq ali rəhbərin tapşırıqlarının baş icraçısı olsa da, əsas məqsəd bu ziddiyyətlər, toqquşmalar fonunda uğurlu seçki keçirib yola davam etməkdir”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:00 / 11.06.2024
İran prezidentliyinə üç əsas NAMİZƏD – Onlar KİMLƏRDİR?
Hazırda oxunan: İran prezidentliyinə üç əsas NAMİZƏD – Onlar KİMLƏRDİR?
Hazırda oxunan: İran prezidentliyinə üç əsas NAMİZƏD – Onlar KİMLƏRDİR?
İran prezidentliyinə üç əsas NAMİZƏD – Onlar KİMLƏRDİR? İranda iyunun 28-də olacaq Prezident seçkilərilə əlaqədar prosesdə iştiraka buraxılan namizədlərin adları artıq bəlli olub. Mustafa Purməhəmmədi, Səid Cəlili və Məhəmməd Baqer Qalibaf arasında seçki yarışı prospektləndiriliyor.
196613
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.