PKK tərəfdarlarının Qərb ölkələrində keçirdiyi silsilə aksiyalar türk dünyasında ciddi narahatlıqla qarşılanmaqdadır. Türk ictimaiyyətini ən çox narahat edən məsələlərdindən biri də Qərb dövlətlərinin PKK tərəfdarlarına qucaq açması, onların anti-türk etirazlarına hər cür şərait yaratmasıdır.
Məsələ ilə bağlı Moderator.az - a açıqlama verən Türk İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim Telman Nüsrətoğlu Qərbin ünvanına ciddi ittihamlar səsləndirib:
“Artıq bu əsrin başlarından etibarən dünya aktiv qeyri-nizami hərb, başqa bir ifadəylə təmsili savaşlar dövrünü yaşayır. Terror təşkilatları da bu savaşın ən önəmli alətləridir. Heç bir terror təşkilatı arxasına ciddi bir dövlət dəstəyi almadan uzun müddət var ola bilməz. O cümlədən də PKK. Bu təşkilat uzun illərdi Qərbin, Amerikanın əlində Türkiyənin güclənməsinin, böyüməsinin qarşısını almaq, parçalamaq, kürd projesini həyata keçirmək üçün istfadə etdiyi bir alətdir. Hazırda da Amerika Suriyada bu terror təşkilatı ilə ittifaq içində Suriyanın şimalında Türkiyəni əhatə edən bir terror koridoru qurmağa çalışır. Avropaya gəlincə, PKK-nın ən güclü təşkilatlandığı, dəstək gördüyü bir yerdir zatən. Qabaqlar bir az altdan dəstək verirdilər PKK-ya.xa0
Türkiyə güclənib, müstəqilləşib, müstəqil xarici siyasət yeritdikcə Avropanın da kimyası pozulur, açıq dəstək verir terror təşkilatına, PKKvasitəsi ilə Türkiyəyə təzyiqlərini artırmağa çalışırlar.
Baxın, bu yaxınlarda Belçika məhkəməsinin PKK-nın terror təşkilatı olmadığı yönündə verdiyi gülünc qərar, beynəlxalq terrorçular PKK-çı Zübeyir Aydar və Rəmzi Kartalı qoruma altına almaya çalışması, yenə Frankfurt polisinin rəsmi Tvitter hesabından “Öcalana azadlıq, Kürdüstana barış”x9d şüarı kimi PKK təbliğatı aparması, PKK-çıların Avropa Parlamentində başqa yerlərdə açıq təbliğata davam etməsi o siyasətin tərkib hissəsidir.xa0
Türkiyə Avropanın ikili standartlar, islamafobiya, türkofobiya elementlri ilə dolu siyasətini tənqid edib öz müstəqil siyasətini davam etdirdikcə, bu cür terror maşalarından Türkiyəyə qarşı istifadə olunacaq.xa0
Türkiyənin İdlibdən sonra terror yuvası Afrini növbəti hədəf olaraq elan etməsi də bu terror təşkilatının arxasındakı gücləri narahat edir. Ancaq PKK elan etdiyi kimi Avropada türklərə, Türkiyə təmsilçiliklərinə qarşı terrora bşlayarsa, sonları ASALA-dan fərqli olmayacaq. Avropa ölkləri PKK-dan eyni zamanda oralarda yüksələn türk-islam gücünüxa0 tarazlamaq, təhdid etmək üçün istifadə etməyə çalışır. Yni bu açıqlamalrı Türkiyənin daxildə və xaricdə terrora qarşı apardığı çox təsirli mübarizə fonunda dəyərləndirməliyik”x9d.
Seymur Əliyev
































































































