"Azərbaycan və Türkiyə Ordusu Qarabağda birlikdə xidmət çəkə bilərlər" - Türk general DANIŞDI 

Hazırda oxunan: "Azərbaycan və Türkiyə Ordusu Qarabağda birlikdə xidmət çəkə bilərlər" - Türk general DANIŞDI 

19632

"Türkiyə dövləti ilə Azərbaycan dövləti arasında əldə edilən razılaşmalara görə, istənildiyi təqdirdə Türkiyə Silahlı Qüvvələri Qarabağda sabitliyin, sülhün təmin olunması və əvvəllər də imzalanan sənədlərə əsasən terror aktlarının qarşısını almaq üçün birlikdə fəaliyyət göstərə bilərlər".

Bizim.Media xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Türkiyənin general-mayoru Osman Qazi Kandemir deyib.

Türkiyəli general bildirib ki, Azərbaycan dövlətinin Türkiyə Silahlı Qüvvələrinin dəstəyinə ehtiyacı yoxdur:

"Hazırda məlum imzalanan müqavilələrdən sonra Qarabağda belə bir əməliyyatlar olarsa digər dövlətlərin reaksiyasına səbəb ola bilər. Lakin Ermənistana qarşı olacaq hücum planında Türkiyə də yer alarsa, o zaman Rusiya da vəziyyətə müdaxilə edəcək. Buna görə də hələlik Azərbaycan dövlətinin də Türkiyə Silahlı Qüvvələrinin dəstəyinə ehtiyacı olduğunu düşünmürəm.

Azərbaycan Silahlı Qüvvələrinin təkbaşına da olsa, Qarabağda ermənilərin təxribatlarına qarşı çıxmağa gücü var. Fikrimcə, buna görə də Türkiyə Ordusuna ehtiyac yoxdur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin