“Co Baydenin ABŞ-da keçirilən seçkilərdə qalib olması bizim kimi ölkələrin xeyrinə olmayacaq”.
Bu fikri ABŞ-da keçirilən prezident seçkiləri haqda Bizim.Media-ya fikirlərini bölüşərkən millət vəkili Asim Mollazadə deyib.
Millət Vəkili bildirib ki, Azərbaycan müstəqil və güclü dövlətdir və onun heç bir ölkədən aslılığı yoxdur.
Ancaq, narahatıq ki, erməni lobbisi ilə çox sıx əlaqəsi olan siyasətçi hakimiyyətə gələrsə bizim ölkələr arasında münasibətlərə də xələl gələr:
“Bu gün sadəcə olaraq ABŞ Azərbaycanın tərəfdaşıdır. Biz çox istərdik ki, bu münasibətlər daha da inkişaf etsin. C.Baydenin prezident olması bu münsaibətlərə zərər verə bilər. Onun prezident olması ermənipərəstlərin xeyrinə olacaq. Danılmaz fakdır ki, seçki kampaniyasında C.Bayden ermənilərin səsinə çevrilib”.
Millət vəkili qeyd edib ki, Co Bayden zamanında Azərbaycana qarşı haqsız qərarlar da verib:
“Mən xatırlatmaq istərdim ki, C.Bayden 1993 cü ildə C.Kerri ilə birlikdə Azərbaycana qarşı haqsız, 907-ci düzəlişin müəllifləri olub. Bu düzəlişi Azərbaycan qarşı ABŞ Konqresi ermənipərəst qüvvələrin təkidi ilə hazırlamışdı."
"Amma bilirik ki, Trampın erməni lobbisi ilə əlaqəsi yoxdur və olmayıb! Bu faktın özü yetərlidir”.
Asim Mollazadə bildirib ki, Tramp dünən son çıxışlarının birində Co Baydenin əlaltılarının seçkini udmaq üçün saxtakarlıqlara hazırlaşdığını dedi, səslərin sayılmasında müəyyən addımların atılacağından ehtiyat etdiyini bildirdi:
“Müəyyən solçu radikal təşkilatlar ölkədə sabitliyi pozmağa çalışır. Co Baydenə saxtakarlıq işində ermənilərin yardım edəcəyi ehtimal olunur, onlar bunu yaxşı bacarırlar. Biz təbii istəyirik ki, ABŞ-da normal seçkilər keçirilsin xalq öz iradəsini ifadə etsin”.
Gülşanə Mustafayeva. Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:51 / 04.11.2020
“ABŞ-da seçkinin saxtalaşdırılmasında ermənilərin əli var” – Asim Mollazadə
Hazırda oxunan: “ABŞ-da seçkinin saxtalaşdırılmasında ermənilərin əli var” – Asim Mollazadə
Hazırda oxunan: “ABŞ-da seçkinin saxtalaşdırılmasında ermənilərin əli var” – Asim Mollazadə
1962
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.