Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası başlayıb.
Bizim.Media xəbər verir ki, sessiyanın ilk iclasını parlamentin sədri Sahibə Qafarova açıq elan edib.
Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Milli Məclisin iclasının gündəliyinə 13 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).
2. “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).
3. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).
4. “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (ikinci oxunuş).
5. “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
6. “Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).
7. Ailə Məcəlləsinə dəyişiklik layihəsi (birinci oxunuş).
8. Vergi Məcəlləsinə, “Yol hərəkəti haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlara dəyişiklik layihəsi (birinci oxunuş).
9. “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).
10. Ailə Məcəlləsinə dəyişiklik layihəsi (birinci oxunuş).
11. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (birinci oxunuş).
12. Vergi Məcəlləsinə, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Gömrük tarifi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara dəyişiklik layihəsi (birinci oxunuş).
13. “Auditor xidməti haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:03 / 07.06.2024
Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası BAŞLADI
Hazırda oxunan: Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası BAŞLADI
Hazırda oxunan: Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası BAŞLADI
Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası başlayıb. Sahibə Qafarova'nın rəhbərliyi ilə iclas gündəliyində 13 məsələ mövzusunda müzakirələr aparılacaq. Gündəliyin əsasında Azərbaycanın 2024-cü il dövlət büdcəsi, sosial müdafiə fondunun büdcəsi və digər mühüm məsələlər yer alır.
196134
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.