“Xankəndi və Ağdərə bizdədir” – Polkovnik Zəngəzurdan da DANIŞDI

Hazırda oxunan: “Xankəndi və Ağdərə bizdədir” – Polkovnik Zəngəzurdan da DANIŞDI

19612

Son günlər erməni mətbuatı Ağdərə və Zəngəzur istiqamətində Azərbaycan qoşunların irəliləməsi haqda məlumatlar yayırlar. Demək olar ki, bütün məlumatlarda qırmızı xətlə göstərmək istəyirlər ki, Azərbaycan üçtərfli razılaşmanın şərtlərini pozur və dinc ermənilər üçün təhlükə yaradır.

Məsələyə aydınlıq gətirmək üçün hərbi ekspert Şair Ramaldanovun fikirlərini aldıq: 

“Erməni tərəfi müəyyən bir formada fiziki təxribat törətməyə qorxur, amma informasiya sahəsində yalan məlumatları beynəlxalq mənbələrə yönəltməklə Azərbaycan haqqında mənfi imic yaratmaq istəyirlər.

Azərbaycan hökuməti həmişə beynəlxalq hüquq normalarına və bütün sazişlərə sadiq qalaraq üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirən bir dövlətdir. İstər işğal dövründə, istər savaş zamanı, istərsə də müharibədən sonra Azərbaycan geosiyasi arenada belə tanınıb. Hər halda Bakı, 10 noyabrda qol çəkilən bəyanatın bütün bəndlərini tam şəkildə yerinə yetirir”.
 

MÖVZU İLƏ BAĞLI:

Bakının icazəsi olmadan Xankəndiyə heç kəs daxil ola bilməz - Erməni KİV


Bizim.Media-ya açıqlamasında ehtiyatda olan polkovnik onu da bildirdi ki, Azərbaycan Ermənistanla olan dövlət sərhədini bərpa edib və hazırda orada dövlət sərhədinin dəqiqləşdirilməsi gedir:

“O ki qaldı Xankəndi və digər istiqamətlərə, bilirsiniz ki, o ərazilərə sülhməramlı qüvvələr yerləşdirilib. Azərbaycan rus sülhməramlıları ilə hər hansı addım atırsa, yenə də həmin missiya ilə sıx əlaqədə olaraq işlər görülür. Digər tərəfdən də deyərdim ki, Xankəndi, yaxud Ağdərənin nəzarətə götürülməsini qarşımıza qoymuruq. Hesab edirəm ki, adı çəkilən zonalar artıq bizdədir. Orada müəyyən bir proseslərin getməsi, yəni, Azərbaycanın dövlət orqanlarının orada yerləşdirilmə və fəaliyyətinə gəlincə, mənə elə gəlir ki, bu, bir az vaxt tələb edəcək. 

Belə demək olarsa, hazırda orada sülh bərqərar olunub. Həmin bölgədə olan ermənilərə Azərbaycan tərəfindən heç bir təzyiq göstərilmir. Ancaq ki, müəyyən bir zaman lazımdır və orada irəliləməyə bizim ehtiyacımız yoxdur. Bütün digər məsələlər həll olunandan sonra vaxt gələcək ki, Azərbaycanın dövlət orqanları Xankəndi və sülhməramlıların məsuliyyət zonasına aid digər regionlarda qanuni şəkildə fəaliyyət göstərəcəklər. 

Zəngəzur istiqamətində isə ermənilər təxribat törətməyə çalışırlar. Bununla bağlı Ali Baş Komandan cənab İlham Əliyev də öz mesajını verib, onlara xəbərdarlıq edib.

Üçtərəfli bəyanatda Zəngəzur məsələsi də var. O koridorun təhlükəsizlik təminatçısı Azərbaycan deyil, Rusiyanın sülhməramlılarıdır. Ona görə də, məntiqlə orada Azərbaycan tərəfinin irəliləməsi, yaxud digər addımlarına ehtiyac qalmır. Sadəcə olaraq, ərazi bütövlüyünü bərpa edən Azərbaycan sözügedən regionda gücləndirmə işləri aparır və bu proses davam edəcək”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin